Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-4/2024 10.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X10, qərardan şikayət vermiş vəzifəli şəxs X3, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış vəzifəli şəxs- X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X6 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X6 inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin sahə rəisi işləmiş X7 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 3000 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs- X7 oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X6 inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X11 tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs- X7 göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X6 inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərara əsasən həmin inzibati xətanın törədilməsinə əsas Xaçmaz şəhərində 1 may küçəsində yaşayış evlərinin ətrafında bərk məişət tullantılarının üzün müddət daşınmaması, üzərinə torpaq qatı örtülərək qanunsuz olaraq basdırılması olmuşdur. Hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin vaxt o, Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin sahə rəisi işləmiş, hal-hazırda isə Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə məsuliyyət nəzərdə tutlmuşdur. Həmin əraziyə məişət tullantılarının atılması üçün tutumların (urnalardan) istifadə olunur, lakin tullantıların basdırılması hallarına yol verilməmişdir. Bundan əlavə maddənin dispozisyasında nəzərdə tutulmuş obyektlərdən hər-hansı birinin qərarda göstərilən ünvanda olması mövcud deyildir. Bu səbəbdən də, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı deyil, işin halları kifayət qədər araşdırılmadan onun barəsində cərimə olunması barədə qərar tətbiq edilmişdir. Həmin ərazidə texnikanın, yəni zibil daşıyan yük avtomobilinin nasazlığı ucbatından məişət tullantılarının toplanıb atılması 2-3 gün yubanmışdır. Texnikanın həmin əraəfədə nasaz olması barədə müvafiq sənədləri də təqdim edəcəkdir. Digər tərəfdən inzibati tənbeh vermə haqqında qərarın birbaşa onun barəsində tətbiq edilməsi də qanunun tələblərinə uyğun deyildir. Belə ki, əslində inzibati xətaya görə vəzifəli şəxs olaraq sahə rəisi kimi o deyil, Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi inzibati məsuliyyətə cəlb olunmalı idi. Bu hadisədən sonra o, Xaçmaz rayon Polis şöbəsinə dəvət edilmiş, orada izahatı alınmış, lakin nəzərdə tutmamışdır ki, o, inzibati cərimə olunacaqdır. Bu səbəbdən izahatı tam oxumadan imza etmişdir. O, həmin vaxt o, sadəcə olaraq inzibati vəzifə daşımış, sahə rəisi olmuş və belə olduğu halda o, cərimə olunmalı deyil, həmin vaxt Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi olmuş İslam Mikayılov barəsində sənədləşmə aparılmalı idi. Qeyd olunan cərimə onun barəsində tətbiq olunmamalı idi. 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi Mənzil Kommunal Təsərrüfatı İdarəsini bundan əvvəlki dövrlər də də oxşar vaxt üzrə şəxsi deyil, Mənzil Kommunal Təsərrüfatı İdarəsini cərimə etmişdir. Şəxsən onun cərimə olunması onu çətin maddi duruma salır. O, onun vəzifəli şəxs olaraq cərimə olunmasını deyil, Mənzil Kommunal Təsərrüfatı İdarəsinin cərimə olunmasını xahiş etmişdir. Lakin əsassız olaraq onu cərimə etmişlər. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X11 tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. 26 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş inzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 göstərdi ki, 16 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Xaçmaz şəhərində 1 may küçəsində yaşayış evlərinin ətrafında bərk məişət tullantılarının üzün müddət daşınmaması, üzərinə torpaq qatı örtülərək qanunsuz olaraq basdırıldığı müəyyən olunduğundan Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin sahə rəisi işləmiş X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı üzrə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin gün Xaçmaz rayon Polis Şöbəsində izahatı alınarkən Elşad Qələmiyev qeyd olunan ərazinin yığışdırılması ilə bağlı nöqsanların olduğunu izahatında göstərmiş, daha sonra inzibati işə baxılması günü təyin edilmiş, həmin gün, yəni 28 noyabr 2023-cü il tarixdə Elşad Qələmiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 manat məbləğində cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bundan sonra şəxsin barəsində ərazidəki zibillərin təmizlənməsi barədə məcburi göstəriş verilmiş və İXM-nin 541-ci maddəsi ilə məsuliyyət daşıyacağı diqqətinə çatdırılmış və tərəflərindən ərazidəki zibillər yığışdırılmışdır. Daha sonra görülən işlər barədə Elşad Qələmiyev tərəfindən rəsmi məlumat verilməklə müvafiq sənədlər təqdim edilmişdir. Hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli qərar qanuni və əsaslıdır, ona görə də şikayətin təmin olunmamasını xahiş edir. X1 izahatında göstərdiyi hallara dair müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Hazırki məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 16 noyabr 2023-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Xaçmaz şəhərində 1 may küçəsində yaşayış evlərinin ətrafında bərk məişət tullantılarının üzün müddət daşınmaması, üzərinə torpaq qatı örtülərək qanunsuz olaraq basdırıldığı müəyyən olunduğundan Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin sahə rəisi X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin sahə rəisi X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində onun barəsində 3000 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. X7 tərəfindən məhkəməyə təqdim edilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin mühəndisi, sürücüsü, nəzarətçiləri və fəhlələri tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Xaçmaz şəhəri, Dəmir yolunun alt hissəsinin məişət tullantılarını daşıyan MTZ-80 markalı , 27 K 068 nömrəli traktorun sürətlər qutusunda nasazlıq yaranmış və istismarı dayandırılmışdır. E.G.Qələmiyev tərəfindən məhkəməyə təqdim edilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin mühəndisi, sürücüsü, nəzarətçiləri və fəhlələri tərəfindən tərtib edilmiş 16 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Xaçmaz şəhəri, Dəmir yolunun alt hissəsinin məişət tullantılarını daşıyan MTZ-80 markalı, 27 K 068 nömrəli traktorun sürətlər qutusundakı yaranmış nasazlığın təmiri bitməmiş və traktor fəaliyyətini davam etdirmir. E.G.Qələmiyev tərəfindən məhkəməyə təqdim edilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin mühəndisi, sürücüsü, nəzarətçisi tərəfindən tərtib edilmiş 16 noyabr 2023-cü il tarixli aktdan görünür ki, 13 noyabr 2023-cü il və 16 npoyabr 2023-cü il tarixlərdə Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin sürücüsü Yasin Babayev tərəfindən idarə olunan İdarəyə məxsus MTZ-80 markalı traktorun sürətlər qutusunda yaranmış nasazlıq nəticəsində Xaçmaz şəhəri, 1 may küçəsində yerləşən, mişar daşından hasara alınmış ərazidə toplanan zibilxanadan kənara zibillərin tökülməsi baş vermişdir. Məhkəmə barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxsin və inzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXMin 266.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə tapşırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən işin faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmadan 28 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X7 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X11 tərəfindən X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X11 tərəfindən X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-4/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-4/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver