Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-4/2025 17.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, X1, Xaçmaz RPŞ-nin DYPB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 EQ ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X4 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X4 bildirmişdir ki, qərarı yaxın günlərdə Xaçmaz RPŞ-nin əməkdaşı Nümayəndə almışdır. Həmin günə qədər qərar haqqında məlumatı olmayıb. Ona görə də,şikayət vermək müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin əməkdaşı Nümayəndə bildirmişdir ki, elektron qərarlar vətəndaşlara sms vasitəsilə göndərilir və elektron kabinetlərinə yerləşdirilir. X3 tanımır və ona qərarın verilmə tarixi xatırlamır. Ola bilər ki, həmi vətəndaş gəlib qərarı ondan nə vaxtsa alıb, amma o qərarı vətəndaşa sadəcə olaraq sistemdən çap edib verir. Heç bir qəbzə imza etdirmədən. Ona görə ki, hər bir vətəndaş özü müstəqil şəkildə qərarı elektron kabinet vasitəsilə əldə edə bilər. SMS məlumatlandırma varsa, deməli qərar haqqında məlumatlı olub. Məhkəmə qeyd olunan ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə rədd olunmalı və buraxılmış prosessual müddət bərpa olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında qərar X2 elektron kabinetinə 2024-cü ilin oktyabr ayında yerləşdirilmişdir. Qərarın rəsmi qaydada alındığı gündən 10 gün müddətində şikayət verilmədiyindən, qərar qanuni qüvvəsini almışdır. X2 qərardan şikayət vermək müddətinin üzürlü səbəblərə görə buraxmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 130.3-cu maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X4 oğlunun prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. Qərardan 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-4/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-4/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver