Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-40/2021 25.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, xx xxxxxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, Qələbə küçəsi. Ev 5, m.99 ünvanında yaşayan X4 Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati təbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı protokolun ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Polis Şöbəsinin YPX-nin inspektoru X1 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə protokol tərtib edililərək inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X7 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati təbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 şikayəti belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində, saat 11:52 radələrində Şabran rayon Polis Şöbəsinin Yol Patrul xidməti inspektoru polis serjantı X5 onu saxlayaraq ondan icazəsinin olub-olmadığını soruşmuşdur ki, o, yol patrul xidməti inspektoru polis serjantı X2 şəxsin şimal region daxilində hərəkətinə icazə verilməsi haqında arayışı təqdim etmişdir. Lakin yol patrul xidməti inspektoru polis serjantı Kərim Manafov ona bildimişdir ki, onun adı portalda yoxdur və o, Xaçmaz rayonunda Şabran rayonuna gəldiyi üçün cərimə olunur.O, yol patrul xidməti inspektoru polis serjantı Kərim Manafova bildirmişdir ki, o, santexnikdir və onun icazəli piortalı var lakin yol patrul xidməti inspektoru polis serjantı Kərim Manafov onu 200 manat məbləğində cərimə etmişdir. Bundan əlavə 329.1-ci maddəsi ilə təhlükəsizlik kəmərindən istifadə etməməyinə görə ona cərimə yazmışdır, halbuki o, təhlükəsizlik kəmərindəın istifadə etmişdir. O, hesab edir ki, barəsində tərtib olunmuş İXP ******* nömrəli protokol qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən, Xaçmaz rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən X4 400 manat məbləğində cərimə olunmasına dair xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xətalara dair işlər üzrə qərarlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən xx xxxxxx 2021-ci il tarixli, ******* saylı protokoldan şikayət verilmişdir. Həmçinin, inzibati materiallar araşdırılarkən müəyyən olunmuşdur ki, X5 barəsində tərtib edilmiş qərar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə QƏRARA ALDİ : X4 Xaçmaz rayon Polis Şöbəsinin YPX-nin inspektoru X3 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı protokolun ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-40/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-40/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver