Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-402/2022 28.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, barəsində inzibati qərar çıxarılmış şəxs X2 iştirakları ilə, Barəsində inzibati qərar çıxarılmış şəxs X2 Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı X7 tərəfindən tərtib edilmiş 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı X7 tərəfindən tərtib edilmiş 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati qərar çıxarılmış şəxs X1 rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı X7 tərəfindən tərtib edilmiş 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı X7 tərəfindən tərtib edilmiş 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilib iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Polis Şöbəsinin inzibati xəta haqqında protokolundan verdiyi şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş ərizəni nəzərdən keçirərək hesab edir ki, X2 Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı X7 tərəfindən tərtib edilmiş 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inziabti xəta haqqında protokolundan verdiyi şikayəti ərizəsi müraciətinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 Xaçmaz rayon X6 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı X7 tərəfindən tərtib edilmiş 01 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inziabti xəta haqqında protokolundan verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərardadan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-402/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-402/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver