Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-410/2024 06.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Xaçmaz rayon X5 X6 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon X5 X6 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, O, Xaçmaz RPŞ-nin DYPB-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixdə almışdır. Xaçmaz RPŞ-nin DYPB-i tərəfindən əsassız olaraq xx.xx.2024-cü il tarixində İXP ******* nömrəli protokolla bağlı qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsinə əsasən inzibati xəta törətməsi ilə bağlı qərar qəbul edərək 80 manat cərimə olunmuşdur. Qərarı əsassız hesab edir, çünki o, heç bir qayda pozuntusuna yol verməmişdir və bu barədə əlində videogörüntülər də var. Ona görə də hüquqları pozulduğuna görə məhkəməyə müraciət edərək, qeyd olunan qərarın ləğv olunmasını istəyir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 izahatında göstərmişdir ki, Xaçmaz Rayon Polsi X7 Polisinin əməkdaşları onu əsassız olaraq qoşa xətti keçməyi ilə bağlı 80 manat cərimə ediblər. Həmin cəriməni əsassız hesab edir, çünki həmin ərazidə qoşa xətt çoxdan çəkildiyindən xətt tamamilə silinmiş sadəcə izləri qalmışdır. Həmin qoşa xətt olan yerdə bir düz, bir qırıq-qırıq xətt olmalı idi. Lakin həmin qırıq-qırıq xətt silinmişdir və həmin yoldan dönmək olmaz deyə orada heç bir yol nişanı qoyulmamışdır. O, heç bir qayda pozuntusuna yol verməmişdir. Bu barədə video-audio görüntülər olan disk var. Xaçmaz rayon X5 X6 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan- Xaçmaz rayon X5 X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Xaçmaz rayon X5 X6 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X2 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə olunmasına dair Xaçmaz rayon X5 X6 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, işə yenidən baxılması Xaçmaz rayon X5 X8 tapşırılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon X5 X6 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən olunur ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 80 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan X2 məhkəməyə təqdim ediyi bir ədəd DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, inzibati xətanın baş verdiyi ərazidə yolun hərəkət hissəsinin nişanlama xəttinin qoşa xətt olması aydın müşahidə olunmur və həmin ərazidə dönmənin qadağan edilməsi ilə bağlı yol nişanı mövcud deyildir. Belə ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında qərarı, protokolu, həmçinin inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videogörüntüləri və ya səs yazılarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda işin hallarını müəyyən edən materiallar natamam olduğundan, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, yolun hərəkət hissəsinin nişanlama xəttinin qoşa xətt olmasının aydın müşahidə olunmaması və həmin ərazidə dönmənin qadağan edilməsi ilə bağlı yol nişanının mövcud olmaması iş materiallarına əlavə olunmuş disklə müəyyən olunduğundan və qeyd olunan halların əlavə araşdırılması zəruri olduğundan, hazırkı halda işin hallarını müəyyən edən materiallar natamam olmaqla, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmadığından, Xaçmaz rayon X5 X10 tərəfindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən şikayət qismən təmin edilməli, Xaçmaz rayon X5 X6 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Xaçmaz rayon X5 X6 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və işə yenidən baxılması Xaçmaz rayon X5 X8 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-410/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-410/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver