Məhkəmə qərarları › İş №3(067)-412/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-412/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-412/2023 13.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Xaçmaz rayonunun İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun İlxıçı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayonunun İlxıçı kəndində polisin qanuni tələbinə məhəl qoymayaraq qəsdən öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarına qarşı tabesizlik etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saatlarında, spirtli içki qəbul edərək sərxoş olduğundan yaşadığı Xaçmaz rayonunun İlxıçı kəndindəki ünvanda atası ilə mübahisə etmiş, o, atası ilə bir-birlərini söymüşlər. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq intizamlı olmağa dəvət etsələr də, o, sakitləşməyərək hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Həmçinin bildirmişdir ki, o, törətdiyi əməldən peşmandır, səhv etdiyini anlayır, əvvəllər məhkum olunmamış, inzibati məsuliyyətə cəlb edilməmişdir. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarında olan 11 mart 2023-cü il tarixli raportdan görünür ki, Xaçmaz RPŞnin polis əməkdaşları Əfqan Abdullayev və Yasər Hüseyinov və X1 xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində patrul xidmətində olarkən Növbətçi Hissənin rabitə vasitəsilə onlara Xaçmaz rayonunun İlxıçı kəndinə getmələrini bildirilmişdir. Onlar həmin kəndə getdikdə bir nəfər şəxsin, yəni şəxsiyyəti onlara sonradan məlum olmuş Şəxs ucadan söyüşlər söyərək ictimai qaydanı kobudcasına pozduğunu görüb polis əməkdaşları sonuncuya yaxınlaşmış və nizam-intizama dəvət etmişlər, lakin Şəxs onların qanuni tələblərinə məhəl qoymadığına görə onu Xaçmaz RPŞ-yə gətirərək təhvil vermişlər. İş materiallarından müəyyən edilir ki, Şəxs 11 mart 2023-cü il tarixdə Xaçmaz rayonunun İlxıçı kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 12 mart 2023-cü il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1992-ci ildə Xaçmaz rayonunun İlxıçı kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun xx.xx.2023-cü il saat 10:00-dan xx.xx.2023-cü il saat 17:10-dək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən (inzibati qaydada tutulmadan) azad edilsin Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar