Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-412/2025 04.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 15 avqust 1989-cu ildə Xaçmaz rayonu, Mehrəli-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Canaxır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 08 fevral 2025-ci il tarixdə gecə saat təxminən 04 radələrində Xaçmaz rayonu Canaxır kəndin ərazisində yerləşən çay evində digər şəxslərlə qumar oynamışdır. Qeyd olunanlara əsasən Xaçmaz rayon X2 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis kapitanı Nümayəndə tərəfindən Şəxs barəsində 08 fevral 2025-ci il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə özünü təqsili bilərək izahatında göstərmişdir ki, 08 fevral 2025-ci il tarixdə gecə saat təxminən 04 radələrində Xaçmaz rayonu Canaxır kəndin ərazisində yerləşən çay evində digər şəxslərlə qumar oynamışdır. Bu fakt polis əməkdaşları tərəfindən müəyyən edilmiş və araşdırma aparılmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X2 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis kapitanı Nümayəndə məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X2 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis kapitanı Nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon X4 Patrul Xidmətinin manqa komandiri, polis baş serjantı Samir Məmmədovun 08 fevral 2025-ci il tarixli raportundan görünür ki, 07 fevral 2025-ci il tarixdə rayon X4 Patrul Xidməti Bölüyünün polis nəfərləri polis baş serjantı Ramil Atakişiyev və polis serjantı Yasər Hüseynov ilə bilrikdə 4 saylı marşurutda xidmətdə olduqaları zaman təxminən saat 03:30 radələrində Xaçmaz-Bakı yolunda Canaxır kəndinin girişində “Azad Market” adlanan kafenin qarşısında keçən zaman kafenin arxa tərəfində yerləşən otaqda səs gəldiyini eşidib həmin otağa daxil olduqları vaxt Şəxs pul müqabilində digər şəxslərlə qumar oynadığı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə görə Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 525-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi etirafını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri-cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 31, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-412/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-412/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver