Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-415/2021 02.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, X5 oğlunun 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29.03.2021-ci il tarixli MN №0758790 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X5 oğlu məhkəməyə müraciət edərək bildirmişdir ki, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında inzibati xəta haqqında 29.03.2021-ci il tarixli MN №0758790 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-272.3cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İnzibati qərarın ləğv edilməsini iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, , 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında inzibati xəta haqqında 29.03.2021-ci il tarixli MN №0758790 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Qanunda nəzərdə tutulmuş müddətdə Xaçmaz rayon məhkəməsinə şikayət ərizəsi göndərmişdir. Xaçmaz rayon məhkəməsinin 08.05.2021-ci il tarixli 3(067)- 372/2021 saylı qərardadı ilə ona geri qaytarılmışdır. Yəni tərəfindən prosessual müddət buraxılmamışdır. Hesab edir ki, həmin qərar ləğv edilməli inzibati xəta üzrə icraata xitam verilməlidir. Qərar qəbul edilməsinə səbəb kimi 24.02.2021-ci il tarixdə Xaçmaz rayonu Tikan-oba kəndi istiqamətində Xəzər dənizinin sahil zolağında qadağan edilmiş gündə lazımi icazə sənədi olmadan qanunsuz olaraq ov etməklə və izləməklə məşğul olmuşdur. Qərarla qəti razı deyildir. Hesab edir ki, buna görə onun əməlində heç bir qanunsuz hərəkət yoxdur. Onun barəsində Azərbaycan Respublikası İXM-272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyi barədə qanunsuz qərar qəbul edilmişdir. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə proseslərində iştirak etmiş X2 izahatında bildirmişdir ki, qərarla razı deyil, əlində olan silah ona məxsus deyil, həmin silahla ov etməmişdir. Məhkəmə iclasında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahatında göstərmişdir ki, şikayət etmiş X5 oğlu 24.02.2021-ci il tarixdə Xaçmaz rayonu Tikan-oba kəndi istiqamətində Xəzər dənizinin sahil zolağında qadağan edilmiş gündə lazımi icazə sənədi olmadan qanunsuz olaraq ov etməklə və izləməklə məşğul olmuşdur. Şikayəti əsassız hesab edərək, habelə şikayətçi tərəfindən prosessual müddətin ötürülməsini qeyd edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, 29.03.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Asif Mürsəliyevə 06.04.2021-ci il tarixdə poçt vasitəsilə çatdırılıb. Müvafiq poçt xəbərnaməsinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbəh verilməsi haqqında 29.03.2021-ci il tarixli MN №0758790 saylı qərarından müəyyən olunur ki, X5 oğlu Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin tələblərini pozduğuna görə 1000 ( min) manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş poçt bildirişinin xəbərnaməsinin surətindən görünür ki, X2 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən göndərilən inzibati tənbeh vermə haqqında qərarı 06.04.2021-ci il tarixdə şəxsən qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, şikayət verən şəxs məhkəməyə müraciət etmək müddətini ötürmüşdür. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, şikayət verən şəxs X2 müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 oğlu şikayət vermə müddətini ötürdüyündən, yəni qərarı rəsmi qaydada aldığı 06.04.2021-ci il tarixdə on gün müddətində 16.04.2021-ci il tarixədək şikayət verməli olduğu halda şikayət verməmiş, bu səbəbdən də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29.03.2021-ci il tarixli MN №0758790 saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-415/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-415/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver