Məhkəmə qərarları › İş №3(067)-417/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-417/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-417/2021 27.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsi hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri Əzizbəyov küçəsi ev 9-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 2(067)-610/2015 saylı icra vərəqəsinə əsasən 17 fevral 2015-ci il tarixdən başlayaraq borclu Şəxs 29 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ayda 80 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X4 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 1600 manat aliment borcu vardır. İş materiallarında olan izahatında Şəxs göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 2(067)-610/2015 saylı icra vərəqəsinə əsasən 17 fevral 2015-ci il tarixdən başlayaraq ondan 29 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ayda 80 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X4 verilməsi qət olunmuşdur. Hal-hazırda onun ödənilməmiş 1600 manat aliment borcu vardır. Məhkəmə gedişatı zamanı o, borclu olduğu alimentin 800 manatını ödədiyini, qalan aliment borcunu isə yaxın vaxtlarda ödəcəyini öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmədə izahat verən tələbkar X5 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 2(067)-610/2015 saylı icra vərəqəsinə əsasən 17 fevral 2015-ci il tarixdən başlayaraq borclu Şəxs 29 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ayda 80 manat məbləğində sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət olunmuşdur. Lakin, boclu hal-hazırki dövrədək ona aliment ödəməmişdir. Hal-hazırda onun ödənilməmiş 1600 manat aliment borcu vardır.Məhkəmə gedişatı zamanı borclu Şəxs ona borclu olduğu 1600 manat aliment borcunun yarısını, yəni 800 manatını ödəmiş qalan borcu isə yaxın vaxtlarda ödəyəcəyini öhdəsinə götürmüşdür. İnzibati xəta protokolunu tərtib etmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 2(067)-610/2015 saylı icra vərəqəsinə əsasən 17 fevral 2015-ci il tarixdən başlayaraq borclu Şəxs 29 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ayda 80 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X4 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 1600 manat aliment borcu vardır. İş materiallarında olan 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 2(067)-610/2015 saylı icra vərəqəsinə əsasən 17 fevral 2015-ci il tarixdən başlayaraq borclu Şəxs 29 aprel 2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ayda 80 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X4 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 1600 manat aliment borcu vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun bir hissəsini ödəməklə aliment ödəmək niyyətindən yayınmadığını göstərmişdir, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 30, 53, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar