Məhkəmə qərarları › İş №3(067)-419/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-419/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-419/2021 27.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, X1 iştirakı ilə, xx.xx.1982-ci ildə Xaçmaz rayonunun, Qədimalı-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, «xxxx»ASC-nin Xaçmaz rayon filialında nəzarətçi-çilingər işləyən, Xaçmaz rayonunun Qədimalı-qışlaq kəndində yaşayan Şəxs barəsində Azərb. Res-sı İXM-nin 510-cu maddəsi ilə Xaçmaz rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 25 may 2021-ci il tarixdə saat 13 radələrində Xaçmaz rayonunun qədimalıqışdaq kəndində həmkəndlisi X2 xırda xuliqanlıq etmiş, bunula da ictimai qaydanı pozan hərəkətlər edərək, AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, 25 may 2021-ci il tarixdə saat 13 radələrində Azər Hacıyev onun yaşadığı evin qarşısına gələrək onuç ölə cağırmış və o, da darvazanın qarşısına çıxmışdır. Azər Hacıyev həmin vaxtı İlhamın harada olduğunu, bacısı Kəmalə ilə qardaşının axşam bir yerdə olduğunu, buna görə də İlhamı öldürəcəyini bildirmişdir. O, Azərin həmin an içikli olduğunu hiss edərək sonuncuya heç bir əhəmiyyət verməyib onlarda olmadığını və İlhamın harada olmasını bilmədiyini demişdir. Bundan sonra Azər onların evindən yuxarı istiqamətdə doğru getmişdir. Azər Hacıyev onunla bir yerdə söhbət edən zaman Azərin atası Qüdrət təxminən 150 metr aralıda olmuş və onları seyr etmişdir. Azər onun yanından uzaqlaşıb getdikdən sonra Qüdrət kişi gələrək ona yaxınlaşıb Azərin sərxoş olduğunu, Azərin arxasınca getməsini, yoxsa Azərin bir xəta törədəcəyini bildirmişdir. O, Qüdrətin dediyinə qulaq asıb Azərin arxasıyca maşınıyla getmişdir. Kəndin içərisindən keçən Cağacuq cayının kənarında Azərin əlini ağaca söykəyib dayandığını görmüşdür. Maşını Azərin yanında saxlamış maşina oturub onunla getməsini Azərə bildirmişdir. Azərda maşında oturduqdan sonra maşını idarə edib Azərgilin evinin qarşısına gəlib sonuncunu düşürərək evinə qayıtmışdır. Azərin evdə düşürməyini Azərin həyat yoldaşı da görmüşdür. Bundan sonra Azər Hacıyevdən heç bir məlumat olmamışdır. O, Azər Hacıyevi təhqir etməmiş və həmin an aralarında heç bir mübahisə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən X9 göstərmişdir ki, X10 25 may 2021-ci il tarixdə saat 17 radələrində bacısı X4 həmkəndliləri X7 ilə yaxın münasibətdə olmasından məlumat əldə edərək sonuncu ilə söhbət etmək məqsədi ilə İlham Heybətovun atasının yaşadığı evin qarpşısına gəlmiş, həmin vaxt İlham Heybətovun qardaşı Şəxs evin giriş qapısının yanında ictimai qaydanı kobud surətdə pozaraq Azər Hacıyevin ünvanına nalayiq ifadələr işlətməklə onun şəxsiyyətini alçaldıb nüfuzdan salmışdır. Bundan təxminən 30 dəqiqə sonra Azər Hacıyev ünvanına işldədilmiş ağır təhqirlərdən təsirlənərək yaşadığı evin tövləsində təhlükəsizlik kəməri ilə özünü asaraq intihar etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı iş»də (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxx» MMC Rusiya Federasiyasma qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X8in Azərb.Res-sı İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 60 (altımış) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar