Məhkəmə qərarları › İş №3(067)-42/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-42/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-42/2021 15.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ İ Hakim Xəlilov İlkin Ələkbər qızınun sədirliyi, Məhkmənə iclas katibi Dadaşova Könül Vasif qızının Zərərçəkmiş şəxs X1 və onun qanuni nümayəndəsi X2 , Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 2000-ci il tarixdə Xaçmaz rayonunun Molla-burhan kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Xaçmaz rayonunun Molla-burhan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə X3 vuraraq döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində həyətində saxladıqları heyvanları yemləmək üçün evin qarşısına çıxmışdır. Daha sonra o, heyvanları yemlədikdən sonra həyətindəki bulaqdan su götürərkən qapıdan çölə tüpürmüş və təsadüfən onun qonşusu İlkinin üstünə tüpürmüşdür. Həmin vaxt o, İlkindən üzr istəməsinə baxmayarq İlkin onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt o, İlkinin söyüşlərindən əsəbiləşərək İlkinin başını aşağı endirərək dizi ilə onun sifətinə vurmuşdur. Bundan sonra İlkinin burnundan qan axmış və o, dərhal İlkinə su verərək qanını təmizləmişdir. Bundan sonra İlkinin atası Elşən və digər ailə üzvləri ilə onun yanına gəlmiş və onun barəsində şikayət edəcəkərini bildirmişlər. Həmin vaxt o, İlkinin atasına İlkini nalayiq söyüş söyudüyünə görə vurduğunu demiş, lakin İkinin atası onunla mübahisə etməyə başalmışdır. Sonradan o, Elşənin və İlkinin onun barəsində şikayət etdiklərini eşitmişdir. Törətdiyi əmələ görə İlkin Səfərəliyevdən və onun atası elşən Səfərəliyevdən üzr istəmiş və onlar barışmışlar. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə izahat vermiş zərərçəkmiş şəxs X4 bildirmişdir ki, barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs onun qonşusudur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində İlkin online qaydasında mobil telefon vasitəsi ilə oyun oynamaq üçün qonşuluğunda yaşayan dostu Elariz Məmmədovun yaşadığı ünvana getmişdir. Həmin vaxt İlkin qapıdan Elarizi çağırmış və Elariz qapıya çıxaraq özünün başının ağradığını və buna görə də yatacağını bildirmişdir. Bundan sonra o, geri qayıdarkən arxadan kiminsə onun üstünə tüpürdüyünü hiss etmiş və arxaya baxdıqda Elarizin qardaşı Şəxs olduğunu görmüşdür. Həmin vaxt o, Yaqubun ona sataşdığının güman edərək Yaquba öz iradını bildirmişdir. Buna baxmayaraq Yaqub onunla zarafat etdiyini bildirmişdir. Həmin vaxt o, Yaquba onunla heç bir zarafatı olmadığını dedikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı Yaqub onun üstünə gələrək onun başını aşağı əyərək dizi ilə burun nahiyəsinə vurmuşdur. Həmin vaxt onun burnundan qan açılmış və Yaqub onun burnunun qanadığını görərək onun sifətin su vurmuşdur. Daha sonra o, özünü müdafiə etmək üçün sağ əli ilə Yaqubu vuran zaman sağ əl nahiyəsindən xəsarət almışdır. Ona görə də onlar qonşusu Şəxs barəsə Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Hazırda onlar barışmışlar. İnzibati xəta törətmiş şəxs Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 bildirmişdir ki, barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs onun qonşusudur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində İlkin online qaydasında mobil telefon vasitəsi ilə oyun oynamaq üçün qonşuluğunda yaşayan dostu Elariz Məmmədovun yaşadığı ünvana getmişdir. Həmin vaxt İlkin qapıdan Elarizi çağırmış və Elariz qapıya çıxaraq özünün başının ağradığını və buna görə də yatacağını bildirmişdir. Bundan sonra o, geri qayıdarkən arxadan kiminsə onun üstünə tüpürdüyünü hiss etmiş və arxaya baxdıqda Elarizin qardaşı Şəxs olduğunu görmüşdür. Həmin vaxt o, Yaqubun ona sataşdığının güman edərək Yaquba öz iradını bildirmişdir. Buna baxmayaraq Yaqub onunla zarafat etdiyini bildirmişdir. Həmin vaxt o, Yaquba onunla heç bir zarafatı olmadığını dedikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı Yaqub onun üstünə gələrək onun başını aşağı əyərək dizi ilə burun nahiyəsinə vurmuşdur. Həmin vaxt onun burnundan qan açılmış və Yaqub onun burnunun qanadığını görərək onun sifətin su vurmuşdur. Daha sonra o, özünü müdafiə etmək üçün sağ əli ilə Yaqubu vuran zaman sağ əl nahiyəsindən xəsarət almışdır. Ona görə də onlar qonşusu Şəxs barədə Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Hazırda onlar barışmışlar. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məjəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbayjan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 38, 43-48, 53, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar