Məhkəmə qərarları › İş №3(067)-420/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-420/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-420/2021 31.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Mürşüd-oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Xaçmaz rayon PŞ-nin daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 26 may 2021-ci il tarixdə saat 15-30 radələrində Xaçmaz rayonunun Yalama kəndində ictimai qaydanın mühafizə vəzifələrini isra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun, Mürşüd-oba kəndində yaşayır. Özü Qarabağ müharibəsinin əlilidir. 27 may 2021-ci il tarixdə saat 21:15 radələrində yaşadığı evdə olduğu zaman oraya polis əməkdaşları gələrək oğlu Elsəvər Əsgərovdan izahat alınması məqsədi ilə onlarla birlikdə polis şöbəsinə getməsini tələb etmişlər. O, polis əməkdaşlarına oğlunu özü gətirəcəyini bildirsə də, polis əməkdaşları onu itələmişlər. Həmin vaxt o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına tabeçilik göstərməmişdir. Sonra polis əməkdaşları onu polis bölməsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X6 göstərmişdir ki, 27 may 2021-ci il tarixdə o, sahə rəisi Rafael Şükürov ilə birlikdə Xaçmaz şəhər sakini X4 ərizəsi əsasında Xaçmaz rayonunun, Mürşüd-oba kəndində Şəxs yaşadığı ünvana gəlmişlər. X11 Əskərova oğlu Elsevərdən izahat alınması üçün onlarla birə Xaçmaz RPŞ-ə getməli olduğunu bildirdikdə, Şəxs sərxoş vəziyyətdə ünvanlarına nalayiq ifadələr işlətmişdir. Onu nizam intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5, şahid X3 ifadəsi ilə analoci ifadə vermişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadələri və tərtib edilmiş inzibati xəta haqqında 27 may 2021-ci il tarixli MN ******* №-li protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar