Məhkəmə qərarları › İş №3(067)-423/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-423/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-423/2022 21.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsi 14 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-1163/2018 saylı 27.03.2013-cü il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 105 manat alıment alınaraq X1 verilməsi təmin olunmalı və Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-713/2021 saylı, 01.02.2021-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat alıment alınaraq X1 verilməsi və 30 manat dövlət rüsumu alınaraq dövlət nəfində verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 5215 manat borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-1163/2018 saylı 27.03.2013-cü il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 105 manat alıment alınaraq X1 verilməsi təmin olunmalı və Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-713/2021 saylı, 01.02.2021-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat alıment alınaraq X1 verilməsi və 30 manat dövlət rüsumu alınaraq dövlət nəfində verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 5215 manat borcu var. Əlavə olaraq bildirdi ki, borclu hər ay mütəmadi olaraq 100, 150 manat aiment ödənişi edir. Əlavə olaraq bildirmişdir ki, Borc məbləğinin yığılmasına səbəb aylıq ödənişlər üzrə qalan qalığ məbləğin yığılmasıdır. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-1163/2018 saylı 27.03.2013-cü il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 105 manat alıment alınaraq X1 verilməsi təmin olunmalı və Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-713/2021 saylı, 01.02.2021-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat alıment alınaraq X1 verilməsi və 30 manat dövlət rüsumu alınaraq dövlət nəfində verilməsi təmin olunmalıdır. Ona bildirişlər göndərilmişdir. Hər ay mütəmadi olaraq 100, 150 manat aiment ödənişi edir. Mart ayına kimi qalan borcun yarısını ödəyəcəkdir. Himayəsində 2 azyaşlı uşağı var. Borc məbləğinin yığılmasına səbəb aylıq ödənişlər üzrə qalan qalığ məbləğin yığılmasıdır. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar