Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-424/2022 21.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə, xx xxx 1988-ci ildə Xaçmaz rayonunun Arzu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Arzu kəndində yaşayan X9 haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 21 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(067)-1845/2019 saylı icra vərəqəsinə əsasən tələbkarın xeyrinə ödənilməmiş 580 manat aliment borcu yaranmış və borclu X14 həmin borc üzrə ödəniş etmir. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X10 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(067)-1845/2019 saylı icra vərəqəsinə əsasən borclu X3 18 noyabr 2015-ci il təvəllüdlü X6 və 08 aprel 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatandək saxlanmaları üçün 16 may 2019-cu il tarixdən hesablanmaqla hər ay hər bir uşaq 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq X8 verilməsi qət olunmuşdur. X9 göstərilə alimenti vaxtlı vaxtında tam şəkildə ödəsə də, axırıncı aylarda əvvəlki aylara nisbətən ödənişini tam şəkildə ödəyə bimədəyindən onun alimentə görə hazırki borcu 580 manat təşkil etmişdir. Tələbkar borcun birdəfəyə ödənilməsini tələb etsə də, borcu buna imkanı olmadığını bildirmişdir. Məhkəmədə izahat verən X9 inzibati xəta törətməsini etiraf etməyərək bildirmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(067)-1845/2019 saylı icra vərəqəsinə əsasən borclu ondan 18 noyabr 2015-ci il təvəllüdlü X6 və 08 aprel 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatandək saxlanmaları üçün 16 may 2019-cu il tarixdən hesablanmaqla hər ay hər bir uşaq 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq X8 verilməsi qət olunmuşdur. Hal-hazırda onun ödənilməmiş 580 manat aliment borcu vardır. O, icra məmurunun cağırışlarından yayınmamış və müntəzəm olaraq ödənişlərini edir. Bəzi aylarda isə maddi çətinlik çəkdiyindən alimenti ödəyə bilməyib, bu səbəbdən də borcu yığılmışdır. Aliment borcunu ödəməkdə davam edir. Axırıncı dəfə 10 fevral 2022-ci il tarixdə 120 manat ödənişi etmişdir. Gələcəkdə də aliment ödənişlərini vaxtı vaxtında ödəməkdə davam etdiyini bildirmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli, 16021 saylı bank qəbzindən görünür ki, X9 iş üzrə tələbkar X8 himayəsində olan azyaşlı uşaqlarının saxlanması üçün 120 manat ödəniş etmişdir. İş materiallarında olan Kapital Bank tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli, ödəniş kart üzrə çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 rayon Məhkəməsi icraya yönəldiyi gündən aliment borcu 6080 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun qanuni tələblərini yerinə yetirdiyini, çağırışlara vaxtlı-vaxtında gəldiyini, ödənişlərini müntəzəm olaraq ödədiyini, borcun isə az miqdarda olmasını və tələbkar tərəfindən borcu birdəfəyə ödəməsini tələb etməsi, borclunun isə borcu birdəfəyə tam ödəyə bilməməsi onun borcu vaxtında və lazımınca ödəməməsinin qərəzliliklə əlaqədar olmadığını, onun maddi vəziyyəti ilə əlaqədar olduğunu bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: X5 əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-424/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-424/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver