Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-427/2021 29.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Dadaşova Könül Vasif qızının katibliyi ilə, X4 X5 İdarəsinin nümayəndəsi X2, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş materiallara məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xətaya dair materialdan görünür ki, X1 ünvan 1i ünvanında 21.05.2021 tarixində “AYDİN” market ticarət obyektinin fasadında müvafiq icazə olmadan reklam yayımı faktı müəyyən edilmişdir. Məhkəmə iclasında X4 X5 İdarəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, X1 ünvan 1ində yerləşən “Aydın” obyektinin fasadında açıq məkanda müvafiq icazə olmadan qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə lazımı qaydada məlumat verilsə də, o məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati protokol tərtib olunmuş şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, barəsində inzibati protokol tərtib olunmuş şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 25.07.1973-cü ildə Xaçmaz şəhərində anadan olan X3 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-427/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-427/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver