Məhkəmə qərarları › İş №3(067)-43/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-43/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-43/2022 12.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu X1 Xaçmaz Rayon Məhkəməsinə Abşeron Rayon Məhkəməsindən daxil olmuş şikayətini baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Ərazi şöbəsi tərəfindən 000633 saylı 11 oktyabr 2017-ci il tarixli, qərarı ilə X2 Azərbaycan Respublikası 244.2-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan Abşeron Rayon Məhkəməsinə şikayət vermiş, göstərilən şikayət Abşeron Rayon Məhkəməsinin hakiminin 3(012)-1966/2021 nömrəli 14 dekabr 2021-ci il tarixli qərardadı ilə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin hakimi «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» 4 noyabr 2020-ci il tarixli Qərarına istinad edərək, inzibati xəta hadisəsi Xaçmaz rayonu ərazisində törədildiyindən şikayəti və ona əlavə edilmiş sənədləri Xaçmaz rayon məhkəməsinə göndərmişdir. Məhkəmə hesab edir ki, Abşeron rayon məhkəməsi səhv qənaətə gəlmiş və iş Abşeron rayon məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» 4 noyabr 2020-ci il tarixli Qərarının nəticəvi hissəsinin 2-ci və 3-cü bəndlərinin məzmunu aşağıdakı kimidir: «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir». Qeyd olunan qərardan görünür ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayətlərə hansı məhkəmə tərəfindən baxılmalı olduğunu imperativ şəkildə qeyd etməmişdir. Qərara əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayətlərə iki məhkəmə tərəfindən baxıla bilər: 1. inzibati xətanın törədildiyi yer üzrə məhkəmə tərəfindən 2. Barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə məhkəmə tərəfindən. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd olunan Qanunun normasından və iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şikayətçi X1 yaşadığı yer onun qeydiyyatda olduğu yer, yəni ünvan 1 ünvanı hesab olunmalıdır. X2 şikayətini qeydiyyatda olduğu (yaşadığı) yer üzrə məhkəməyə, Abşeron rayon məhkəməsinə ünvanlandırdığından, məhkəmə hesab edir ki, şikayətçi bununla bağlı iradə ifadəsini bildirərək, şikayətinə Abşeron rayon məhkəməsində baxılmasını istəmişdir. Bundan başqa, iş materiallarında olan Abşeron rayon məhkəməsinin 17.12.2021-ci il tarixli “Daxili göndərişlərin” Siyahısının surətinin 68-ci bəndindən görünür ki, Abşeron rayon məhkəməsi tərəfindən ünvan 3 ünvanında “SS757308795AZ” kodlu poçt məktubu göndərilmiş və "xxxx" MMC-nin rəsmi internet səhifəsindən “Poçt göndərişlərinin izlənməsi” xidmətindən əldə olunmuş məlumata əsasən “SS757308795AZ” kodlu poçt məktubu 27.12.2021-ci il tarixdə saat 10:20-də Nəcəfova Xalidə tərəfindən qəbul olunmuşdur. Belə ki, bu hal onu təsdiq edir ki, şikayətçi ərizəsində göstərdiyi ünvanda formal qeydiyyatda deyil və həmin ünvanda yaşayır. Məhkəmələr arasında aidiyyət məsələləri üzrə mübahisə yarandığından, aidiyyət məsələsini Apelyasiya məhkəməsi tərəfindən həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Abşeron rayon məhkəməsindən daxil olmuş materialın aidiyyət məsələsinin həll edilməsi məqsədilə Sumqayıt Apelyasiya məhkəməsinə göndərilsin. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar