Məhkəmə qərarları › İş №3(067)-432/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-432/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-432/2023 17.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu X2 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X1 Sumqayıt şəhər DYPŞ tərəfindən onun barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi üzrə qəbul olunmuş 28 fevral 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın və 60 manat məbləğində cərimə edilməsinə dair qərarın xitam verilməsi barədə şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan görünür ki, inzibati xəta hadisəsi baş vermiş (Sumqayıt şəhərində), lakin şikayətçi həmin hadisənin onun tərəfindən deyil, qarşı tərəfin (digər avtomobilin) təqsirindən baş verdiyini, DYPŞ-nin əməkdaşının araşdırma aparmadan onun barəsində qeyd olunan inzibati tənbehvermə haqqında qərarı qəbul etdiyini bildirmişdir. Şikayətdə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi xahiş edilmədən, həmin qərara xitam verilməsi xahiş edilmişdir. Göründüyü kimi, şikayətin “xahiş etdi” hissəsi qeyri-müəyyən tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Sumqayıt şəhər DYPŞ tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi üzrə qəbul olunmuş 28 fevral 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərara xitam verilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar