Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-432/2024 29.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 15 avqust 1997-ci ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, qrafik-dizayner, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonu, Mançar-oba kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(067)-2886/2021 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 5000 (beş min) manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Məhkəmə qərarı icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-2686/2021 saylı icra sənədi üzrə Şəxs 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icra şöbəsinə daxil olmuşdur. Həmin icra sənədi üzrə icra tədbirləri görülmüş və borcluya bildiriş, icraata başlamaq haqqında qərar göndərilmişdir. Borclu icra şöbəsinə gələrək izahatı alınmış, tələbkara 500 manat ödəniş edə bildiyini bildirərək qalan borcu hissə-hissə olmaqla hər ay 150-200 manat məbləğində ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin borclu icra öhdəsinə götürdüyü ödənişi etməmiş, icra şöbəsinə çağırılarkən gəlməmiş, icra sənədini icra etməkdən yayınmışdır. Borclu barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmiş və icrası üçün Xaçmaz rayon Polis şöbəsinə göndərilmişdir. Bundan sonra borclu tələbkara 300 manat məbləğində ödəniş etmişdir. Ümumilikdə borcundan 900 manat məbləğində pul ödəmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamır. İnzibati xəta haqqında protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, sonuncu dəfə 2023-cü ilin avqust ayında 300 manat ödəniş etmişdir. İşləmədiyinə görə ödəniş edə bilməmişdir. Hazırda tələbkara 4170 manat borcu qalmışdır və bu gün borcundan ödəniş edə bilmir. Ayın əvvəli 300-400 manat ödəyə bilər. Qalan borcunu isə növbəti aylarda hissə-hissə ödəyəcəkdir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh Şəxs 5000 (beş min) manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq iddiaçı X2 verilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(067)-2886/2021 saylı icra sənədi üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsində 10 yanvar 2022-ci il tarixdə icraata başlanılmış və böyük icra məmuru X3 tərəfindən icraata qəbul edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 10 yanvar 2022-ci il tarixli, № 5177/2022-26-11-004 nömrəli bildirişdən görünür ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(067)-2886/2021 saylı icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 29 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-432/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-432/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver