Məhkəmə qərarları › İş №3(067)-432/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-432/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-432/2025 06.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X3 Quba rayon X6 X9 Yol Patrul Xidmətinin inspektoru, polis mayoru Nümayəndə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarından şikayət vermə müddətinin bərpası və qərardan şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X2 rayon X6 X9 Yol Patrul Xidmətinin inspektoru, polis mayoru Nümayəndə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixə Quba-Xaçmaz yolunun 6-cı km-də hərəkətdə olduğu zaman əks istiqamət hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparması ilə bağlı ona protokol yazılmışdır. Həmin protokol qərarsız olduğuna görə ondan şikayət edə bilməmişdir. Qeyd olunan protokol ilə bağlı qərar 25 dekabr 2024cü il tarixdə qəbul edilmiş və bu barədə o, məlumat əldə edəndən dərhal sonra yəni 26-27 dekabr 2024-cü il tarixdə qərarı əldə etmək üçün rayon X6 X10 müraciət etmişdir. Onun həmin müraciəti əsasında qərar ona verdikdən sonra o, qərar ilə razı olmaması ilə bağlı məhkəməyə ərizə müraciət etsə də, bir neçə dəfə ərizəsi düzgün yazılmamadığı üçün ona geri qaytarılmışdır. Ona görə də müddət keçmiş və o, sonuncu dəfə məhkəməyə buraxılmış prosessual müddətin bərpası və qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd olunan halların üzürlü hesab edərək müddəti bərpa edilməsini və işə aidiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Quba rayon X6 X9 Yol Patrul Xidmətinin inspektoru, polis mayoru Nümayəndə məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə rədd olunmalı və buraxılmış prosessual müddət bərpa olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında qərar X3 elektron kabinetinə 2024-cü ilin dekabr ayında yerləşdirilmişdir. Qərarın rəsmi qaydada alındığı gündən 10 gün müddətində şikayət verilmədiyindən, qərar qanuni qüvvəsini almışdır. X3 qərardan şikayət vermək müddətinin üzürlü səbəblərə görə buraxmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 130.3-cu maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X4 oğlunun prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. Qərardan 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar