Məhkəmə qərarları › İş №3(067)-434/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-434/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-434/2023 03.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs MMC-nin (VÖEN **********) tərəfindən müvafiq olaraq **********9221 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan 89100 ABŞ dolları (151470 manat) məbləğində vəsaitdən 1002 ABŞ dolları (1703,40 manat) məbləğində vəsait onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respulikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə etmiş, həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin izahatında bildirdiyi invoyslar (1002 ABŞ dolları əskik, digərində 7000 ABŞ dolları artıq) bir müqavilə üzrə olasa da, malı hissə-hissə göndərdiyi üçün ayrı-ayrı gömrük bəyannamələr tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, xarici iqtisadi fəaliyyət iştirakçısı qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq, faktiki əldə edilmiş valyuta məbləğindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürmə edilməlidir. Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, onlar, yəni həmin MMC fındıq ixracı ilə məşğul olur. Onlar Rusiya Federasiyasına müxtəlif invoyslarla fındıq göndərmişlər. Hazırkı invoysla 1002 ABŞ dolları əskik məbləğ yaranmışdır. Bunun səbəbi isə Ukrayna müharibəsi ilə əlaqədar RF-da banklara sanksiya qoyulduğundan dollar valyutası ilə köçürmələr mümkün olmamış, köçürmələr rus rublu ilə olmuş, məzənnədə dəyişiklik olmuş və bir gün ərzində pul vəsaiti hesaba köçənədək 1002 ABŞ dolları fərq etmişdir. Hazırda isə RF-dan həmin invoysla əlaqədar 1002 ABŞ dollarını banklara görə köçürə bilmirlər. Oradan onlara bununla bağlı məktub da göndərilmişdir. Həmçinin bildirmişdir ki, hazırkı invoysla məzənnədə yaranan fərqə görə 1002 ABŞ dolları əskiklik yaransa da, digər invoysda isə 7000 ABŞ dolları artıq yaranıb. Deməli, onlar ölkəyə 6000 ABŞ dolları artıq pul vəsaiti gətirmişlər. Yəni bir invoysda məbləğ onların ziyanına, digərində isə xeyrinə yaranmışdır. Həmin invoyslar bir müqavilə üzrə olsalar da, malı hissə-hissə göndərdikləri üçün ayrı-ayrı gömrük bəyannamələri olmuşdur. O, hesab edir ki, onlar təqsirli deyildir, həmin hal qanunun boşluğundan irəli gələn haldır. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan, raportlardan və 17 aprel 2022-ci il tarixli, **********221 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC-nin 2022-ci ilin aprel ayında Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi müxtəlif “qabığı təmizlənmiş meşə fındığı” məhsullarının Rusiya Federasiyasına 01 gömrük bəyannaməsi üzrə ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan 89100 ABŞ dolları (151470 manat) məbləğində vəsaitdən 1002 ABŞ dolları (1703,40 manat) məbləğində vəsait onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respulikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Bildiririş” dən və poçt xəbərnaməsindən görünür ki, Şəxs MMC (VÖEN **********) yuxarıda qeyd olunan gömrük bəyannaməsi üzə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində vəsaitlərin 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti barədə məlumatlandırılmışdır. (xx.xx.2022) İş materiallarında olan 14 mart 2023-cü il tarixli Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sisteminə” (VAİS) baxış keçirilməsinə dair protokoldan və ona əlavə edilmiş VAİS-dən çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********9221 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 1002 ABŞ dolları (1703,40 manat) məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 qün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması həmin Məcəllənin 483-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının “Valyuta tənzimi haqqında” Qanununun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1002 ABŞ dolları valyuta vəsaiti məbləğinin 40 (qırx) faizi, yəni 401 ABŞ dolları (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar