Məhkəmə qərarları › İş №3(067)-435/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-435/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-435/2023 29.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Xaçmaz rayon Prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yusif oğlunun iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Xaçmaz rayonunun Şimali kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, Xaçmaz rayonunun Şimali kəndində yaşayan Şəxs Yusif oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Yusif oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 07 yanvar 2023-cü il tarixdə saat 12:40 radələrində NA-3420 bort nömrəli üzmə vasitəsilə Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq ümumi çəkisi 13,2 kq olan 4 ədəd “Nərə” cinsli balıqları ovlayaraq “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasnın Qırmızı Kitabına daxil edilmiş balıq və digər bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi barədə normaların tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlək Kabinetinin 2017-ci il 2 iyun tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Xaçmaz rayon prokurorunun nümayəndəsi X2 inzibati xəta törətmiş şəxs Şəxs Yusif oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yusif oğlu göstərdi ki, o, 07 yanvar 2023-cü il tarixdə saat 12:40 radələrində digər tanışları ilə birlikdə NA-3420 bort nömrəli üzmə vasitəsilə Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq ümumi çəkisi 13,2 kq olan 4 ədəd “Nərə” cinsli balıqları ovlayıb sahilə çıxarkən sərhədçilər tərəfindən saxlanılmış və keçirilmiş baxış zamanı həmin balıqları ovladıqları müəyyən edilmişdir. Törətmiş olduöu inzibati xəta əməlinə görə səmimi peşmançılıq hissi keçirir və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 07 yanvar 2023-cü il tarixli 2 №-li aktdan görünür ki, 07 yanvar 2023-cü il tarixdə saat 12:40 radələrində Nabran SNB-nin xidməti ərazisində, 110cu yanalma körpüsündə heyət üzvləri- xx.xx.1979-cu il təvəllüdlü Şabran rayon sakini X8 (ŞV AZE ********), xx.xx.1980-ci il təvəllüdlü Şabran rayon sakini X4 (ŞV AZE ********), xx.xx.1980-ci il təvəllüdlü Şabran rayon sakini X3 (ŞV AZE ********) və xx.xx.1968-ci il təvəllüdlü Xaçmaz rayon sakini Şəxs Yusif oğlu (ŞV AZE ********) olan NA 3420 bort nömrəli qayıqda ümumi çəkisi 13,2 kq olan 4 ədəd “Nərə” cinsli balıqlar aşkar edilərək götürülmüşdür. Saat 14:00-da aşkar olunmuş balıqlar X6 regional şöbəsinin soyuducusuna yerləşdirilmişdir. İş materiallarında olan 08 yanvar 2023-cü il tarixli raportdan görünür ki, 07 yanvar 2023-cü il tarixdə saat 12:40 radələrində Nabran SNB-nin xidməti ərazisində ÜVR sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadı kiçik giziri X7 tərəfindən 110-cu yanalma körpüsündə NA-3420 bort nömrəli, taxta tipli, 02 ədəd Yamaha-75 mühərriklə təchiz olunmuş 04 nəfər heyət üzvü olan üzmə vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı üzmə vasitəsindən ovlanması qadağan olunmuş 04 ədəd, ümumi çəksi 13 kq 200 qram olan ovu qadağan olunmuş nərə cinsli balıqlar aşkar olunmuşdur. Saat 13:00-a qayığın heyət üzvləri- xx.xx.1979-cu il təvəllüdlü Şabran rayon sakini X8 (ŞV AZE ********), xx.xx.1980-ci il təvəllüdlü Şabran rayon sakini X4 (ŞV AZE ********), xx.xx.1980-ci il təvəllüdlü Şabran rayon sakini X3 (ŞV AZE ********) və xx.xx.1968-ci il təvəllüdlü Xaçmaz rayon sakini Şəxs Yusif oğlu (ŞV AZE ********) SNB-nə dəvət olunaraq izahatları alınmış və müvafiq qaydada sənədləşdirilmişdir. Saat 14:00-da aşkar olunmuş balıqlar 2 nömrəli aktla götürülərək X6 regional şöbəsinin anbarındakı soyuducuya yerləşdirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 4 ədəd “Nərə” cinsli balıqları Şəxs Yusif oğlu digər 3 nəfər heyət üzvü ilə birlikdə 07 yanvar 2023-cü il tarixdə NA-3420 bort nömrəli üzmə vasitəsində Xaçmaz rayonundan Xəzər dənizinə daxil olaraq ovlamışdır. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın 4.5-ci bəndinə görə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının hər bir ovu faktı üzrə balıqovlama biletinin rekvizitləri, ovlanmış balıq və digər su bioresurslarının həcmi (miqdarı), ovun vaxtı, yeri, alətləri, ov həyata keçirən hüquqi (adı, yeri) və ya fiziki (soyadı, adı, atasının adı) şəxs göstərilməklə yerində bu Qaydalara 9 nömrəli əlavə ilə müəyyən olunmuş formada akt tərtib edilir. Akt ova cavabdeh olan şəxs, balıq və digər su bioresurslarının ovunu həyata keçirən şəxslər tərəfindən imza ilə, habelə balıqovlama biletini almış təşkilatın rəhbəri tərəfindən möhür və imza ilə təsdiq edilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs Yusif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs Yusif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən, Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs Yusif oğluna qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Yusif oğlunun törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs Yusif oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yusif oğlu haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Yusif oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın törədilməsində istifadə olunan alət müsadirə edilməməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qəraraaldı: Şəxs Yusif oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın törədilməsində istifadə olunan alət- 1 ədəd NA-3420 bort nömrəli üzmə vasitəsi müsadirə edilməməklə 700 (yeddi yüz) manat miqdarında cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar