Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-437/2022 23.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz rayon məhkəməsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında material baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən 18 fevral 2022-ci il tarixli 01400/0317 saylı qərardadla Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. İş materiallarından məlum olur ki, Dövlət Gömrük Komitəsinin 07.02.2021-ci il tarixli 1000/104 nömrəli sərəncamına əsasən Şimal Ərazi Baş Gömrük İdarəsinin 01.01.2019-cu il tarixdən 01.01.2021-ci il tarixədək dövr ərzində fəaliyyətinin auditinin nəticəsinə görə Şəxs MMC (yaşıl dəhliz iştirakçısı) tərəfindən göstərilən dövr ərzində 76 gömrük bəyannamə əsasında ixrac gömrük prosedurunda müxtəlif “meyvə və tərəvəz” yükləri rəmiləşdirilmişdir. Rəsmiləşdirmə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 1668 nömrəli qərarının qaydalarının 1.4 bəndinin tələblərinin pozulması ilə əlaqədar 10761.60 AZN gömrük borcu yaranmışdır. Cəmiyyətin hüquqi ünvanına 29.10.2021-ci il tarixli 1700-012/002-24/004159 nömrəli məktub göndərilmiş, məktub təşkilatın nümyəndəsi tərəfindən təhvil alınmasına baxmayaraq bu vaxtadək gömrük borcunun ödənilməsi ilə bağlı Baş İdarəyə cəmiyyət tərəfindən müraciət olmamışdır. Məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şəmkir rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsiliyyət yaranır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbcaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəsmi qeydiyyat ünvanı Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşir Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsiliyyəti müəyyən edir, yəni bu inzibati xəta hərəkətsizlik nəticəsində törədilmiş hesab olunur. Beləliklə də, hüquqi şəxs Şəxs MMC qeydiyyatda olduğu Şəmkir rayonu Dəllər Cəyir kəndində hərəkətsizliklə inzibati xəta törətdiyindən, həmin rayonun məhkəməsində inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbcaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə görə əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə hakim qərardad qəbul edir. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz rayon məhkəməsinə daxil olmuş material aidiyyatı üzrə Şəmkir rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz rayon məhkəməsinə daxil olmuş material aidiyyatı üzrə Şəmkir rayon məhkəməsinə göndərilsin. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-437/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-437/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver