Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-438/2021 21.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə ijlas katibi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, 01.07.1948-ci ildə Qusar rayonunun Köhnə-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Xaçmaz şəhəri, Müşkür küçəsi, ev 2-də yaşayan X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X4 05 may 2021-ci il tarixli MN № ******* saylı qərarından şikayətinə açıq məhkəmə ijlasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 may 2021-ci il tarixli MN № ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4000 manat miqdarında cərimə edilmişdir. X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 05 may 2021-ci il tarixli MN № ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə ijlasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Yergüc SİB-də idarə heyətinin sədri vəzifəsində işləyir. Demək olar ki, əmək haqqı almadan 11 kəndin torpaq mülkiyyətçilərinə xidmət edir. 2018-ci ildə təqaüd yaşı ilə əlaqədar işdən çıxmışdır. 2020-ci ilin may ayının 4də 11 kəndin əhalisi su problemləri ilə əlaqədar Xaçmaz - Quba yolunu bağlamışdır. ”Yergüc“ İ.Ə.D., Hacəlibəy İ.Ə.D. üzrə nümayəndələri, Xaçmaz SSİ-nin rəhbərliyi məsləhət onu yenidən SİB sədrliyinə dəvət etməyi məsləhət görmüşlər. Onlar 2020-ci ilin problemlərini həll edərək, əhalini su ilə təmin etmiş, 2021-ci ilin suvarma mövsümünə hazırlıq işlərinin çox hissəsini həyata keçirmişlər. Bu zaman Azərbaycan Resbublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional idarəsi bütün vasitələrdən istifadə edərək “Yergüc“ SİB-ə qarşı çıxmışdır. Heç bir əsas olmadan Sərkərli kəndinin su bəndini təmizləyərkən kiminsə zənginə görə tarla agenti Pənah Əhmədova qarşı iddia qaldırmış və onu 2000 manat cərimə etmək haqqında qərar qəbul etmişlər. Aprel ayının 21-də su bəndini lildən təmizləmək üçün Xaçmaz SSİ-dən ekskavator aldılar və onunla Pənah Əhmədov su qəbul edici bunkeri lildən təmizlədilər. Bu zaman heç bir ağacın budağına belə zərər dəymədi. Aprel ayının 23-də,Yergüc İ.Ə.D.,”Yergüc“ bələdiyyəsinin rəhbərlikləri, daha 7 nəfərə sahəyə baxış keçirib akt tərtib etdilər. Çunki 5 saylı idarənin tutduğu kurs onlara bəlli idi. Aktda bütün reallıq öz əksini tapdı. Aprel ayının 27-də idarənin rəisi Qafar Ağayev SİB-ə gəldi və SİB-dən görülən iş barədə arayış aldı. Bu zaman bildirmişdir ki, verilən arayışı təstiq etmək üçün protokol tərtib edilməlidir. Ona boş blanka imza elətdirdi ki, bütün imzalar toplananda protokolun surətini ona göndərəcəkdir. Aprel ayının 28-də ona qarşı iddia irəli sürüldü. Bəndin bərpa edildiyi ərazidə 100 metr aralıda Quba Xaçmaz yolunun kənarları təmizlənən zaman kəsilmiş və məhv edilmiş yüzlərlə ağac Ağ çay yatağına tökülmüşdür. Ağacları kimin məhv etdiyi də bəllidir. Qafar Ağayev üçün ağacı kimin məhv etməsinin fərqi vardır. Məhv edilən yüzlərlə ağacı onun nəzərini cəlb etmir, kiminsə qərəzli zəngi isə onu vadar edir ki, qanunsuz iddialar qaldırsın. Bunu etmək üçün boş blanka imza etdirməkdən belə çəkinmir. Ali təhsilli mühəndisdir, iki kitab müəllifidir, Dövlətinə və xalqına bütün qəlbi ilə inanan bir vətəndaşdır. 4 nəfər ailə üzvündən 3-ü YAPin üzvüdür. Görünürbu göstəricilər Qafar Ağayevi əsla maraqlandırmır. Hesab edirə ki,05 may 2021-ci il tarixdə əsassız və qərəzli şəkildə tərtib edilmiş ******* saylı cərimə qərarı dərhal ləğv edilməlidir. Qafar Ağayev bilərəkdən məhv edilmiş yüzlərlə ağaca məhəl belə qoymur. Azərbaycan Respublikası İ.X.M-nin 53-cü maddəsində nəzərdə tutulan hallar mövcüd olmadıqda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. 23 aprel 2021-ci il tarixli aktda inzibati xətaya yol verilmədiyi təsdiq edilir. Aktı imzalayanların hər biri məhkəmədə şahidlik etməyə hazırdır. Həmin Məcəllənin 53.0 və 53.0.1.-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X4 rəisi X6 Xətalar Haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 05 may 2021-ci il tarixli MN № ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmədə eyni məzmunda izahat verərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X4 05 may 2021-ci il tarixli MN № ******* nömrəli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X4 nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, 27 aprel 2021-ji il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X4 əməkdaşları tərəfindən keçirilən reyd zamanı Xaçmaz rayonunun Yergüj İƏD-nin ərazisində Ağçay çayının sol sahəsinə yaxın ərazidə qazıntı işləri zamanı Yergüc SİB-də idarə heyətinin sədri vəzifəsində işləyən X2 tərəfindən 5 (beş) ədəd bioloji inkişafda olan ağacların Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan qanunsuz olaraq məhv edildiyi aşkar edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 may 2021-ci il tarixli MN № ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4000 manat miqdarında cərimə edilmişdir. Göstərilənlərə əsasən nümayəndə şikayətin təmin edilməməsini, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 may 2021-ci il tarixli MN № ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində SİB-in tarla agenti olduğunu, Sərkərli kəndinin su arxı təmizlənərkən heç bir ağacın kökündən çıxarılmadığı və ağaclara ziyan dəymədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində SİB-in idarə heyətinin üzvü olduğunu bildirərək, digər şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz şəhəri, Müşkür küçəsi, ev 2-də yaşayan X1 əməlində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 may 2021-ci il tarixli MN № ******* nömrəli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, inzibati xəta haqqında protokol tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsirini sübut edən hallar müəyyən edilməmişdir. Protokol yalnız həmin protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən imzalanmışdır. Bununla yanaşı protokola əlavə edilmiş akt da heç bir mötəbər sübutlara əsaslanmır, həmin akt yalnız 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən imzalanmışdır. Akta barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsirini sübut edən mötəbər sübutlar əlavə edilməmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər X5 və X7 öz ifadələrində Sərkərli kəndinin su arxı təmizlənərkən heç bir ağacın kökündən çıxarılmadığı və ağaclara ziyan dəymədiyini göstərmişlər. AR İXM-nin 3-jü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məjəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məjəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.0.10.bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.0.11.bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 may 2021-ci il tarixli MN № ******* nömrəli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X4 05 may 2021-ci il tarixli MN № ******* saylı qərarından şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 may 2021-ci il tarixli MN № ******* nömrəli qərarı ləğv olunsun və X1 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-438/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-438/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver