Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-440/2021 02.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəfiyev Natiq Abil oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Ağaşirin-oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 02 iyun 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəfiyev Natiq Abil oğlu tərəfindən tərtib edilmiş 02 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1350/2020 saylı 24.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən 04.05.2017-ci il təvəllüdlü X5 və 17.06.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 240 manat və 2(067)-161/2021 saylı 05.02.2021-ci il tarixli icra vərəqələrinə əsasən 04.05.2017-ci il təvəllüdlü X3 və 17.06.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 manat cəmi 200 manat aliment Şəxs alınaraq iddiaçı X4 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs aliment borcu cəmi 2030 manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Borcu son dəfə dekabr, yanvar və fevral aylarında aliment ödəmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcun əsas hissəsi o səbəbdən yarandı ki, 2020-ci ilin oktyabr ayından İİ Qarabağ müharibəsində iştirak edib yaralanmışdır. Bu vaxta qədər müalicələrdə olmuşdur. Alimenti ödəməkdən yayınmır, yaxın gələcəkdə borcunu ödəyəcək. Məhkəmədə tələbkar X7 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Xaçmaz rayon Məhkəməsinin 2(067)-1350 saylı 24.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat cəmi 240 manat və 2(067)-161 saylı 05.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 manat cəmi 200 manat aliment ödəməlidir. Aliment borcunun ödənilməsini tələb edir. Hazırda borclunun ona 2030 manat aliment borcu var. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şəxs məxsus olan ******* saylı hərbi biletin surətindən müəyyən olunur ki, Şəxs 04.10.2020-ci il tarixdə könüllü olaraq Silahlı Qüvvələrə daxil olmuş, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və 25.12.2020-ci ildə Silahlı Qüvvələrindən tərxis edilmişdir. İş materiallarında olan 13.01.2021-ci il tarixli, 221 saylı arayışdan müəyyən olunur ki, Şəxs 07.10.2020-ci il tarixdə N saylı hərbi hissədə müayinə olunmuş “MPZ. Barotravma. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sag budun küt travması” diaqnozu qoyularaq müvafiq yardım göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 706 saylı Hərbi Hissəsinin 19.01.2021-ci il tarixli, 422 saylı Travma haqqında arayışdan müəyyən olunur ki, Şəxs 07.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən yaralanmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyr olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi baş verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-440/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-440/2021
02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver