Məhkəmə qərarları › İş №3(067)-440/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-440/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-440/2023 27.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Xaçmaz rayonunun Sabiroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Sabiroba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(067)-1055/2022 saylı icra sənədinə əsasən yaranmış 4550 manat aliment borcunu ödəmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, hazıradək alimetlə bağlı heç bir məbləğdə ödəniş etməmişdir. Aliment ödəməməsinin səbəbi tələbkar tərəfin ona uşaqları görməyə imkan verməməsi olmuşdur. Həmçinin bildirmişdir ki, o, bir müddət Rusiya Federasiyasında olduğu üçün alimet ödəməmiş, maddi imkanı yaxşı olmadığından aliment borcunu ödəyə bilmir. O, fəhləliklə məşğul olaraq qazanc əldə edir. O, bu gündən başlayaraq aliment ödəməyə başlayacaqdır və hazırda alimentlə bağlı 200 manat ödəyə bilər. Ona alimenti ödəməsi üçün vaxt verilməsini, maddi vəziyyətinin pis olmasının nəzərə alınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında aliment borcundan ödənilməsi üçün 200 manat məbləğində pul vəsaitini təqdim edir, həmin pul vəsaiti icra məmuru X2 tərəfindən qəbul edilir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(067)-1055/2022 saylı icra sənədinə əsasən Şəxs 21 fevral 2022-ci ildən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit məbləğdə aliment alınaraq X1 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, həmçinin onun əmlak vəziyyəti yoxlanılmış, lakin mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak aşkar dilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1991-ci ildə Xaçmaz rayonunun Sabiroba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən, saat 15:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar