Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-443/2022 23.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X22 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis mayoru X17, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, 12 yanvar 1994-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xaçmaz rayonunun Xudat şəhəri, M.Hüseynzadə küçəsi, ev 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon X29 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 02 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yaşayan X7 məxsus Xaçmaz rayonu Padar kəndində yerləşən əkin sahəsindən 1 ədəd 200 litr həcmində 80 manat dəyərində dəmir çəlləyi, 23 oktyabr 2021-ci il tarixdə X21 məxsus Xaçmaz rayonu Yergüc kəndində yerləşən evdən 1 ədəd 90 manat dəyərində Marcus markalı su nasosunu, 13 dekabr 2021-ci il tarixdə X4 məxsus “Qazel” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilindən 80-100 manat dəyərində “Pioner” maqnitafonu, 26 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yaşayan X16 məxsus “VAZ 2107” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilindən 70 manat dəyərində “Pioner” maqnitofonu, 30 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X10 ünvan 2kintisi davam edən evinin həyətindən ümumi dəyəri 30 manat olan 6 ədəd borunu, 09 yanvar 2022-ci il tarixdə X11 məxsus Xaçmaz rayonu Üçgün kəndində yerləşən yaşayış olmayan evindən 40 manat dəyərində məişət qablarını, 10 yanvar 2022-ci il tarixdə X12 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış evinin həyətindən 90 manat dəyərində benzinlə işləyən generatoru, 26 yanvar 2022-ci il tarixdə X8 məxsus ünvan 4 ünvanda yaşayan evinin həyətindən 100 manat dəyərində “Stels” markalı velosipedi, 29 yanvar 2022-ci il tarixdə X5 bacısı X2 məxsus nəzarət etdiyi ünvan 5 ünvanda yerləşən yaşayış olmayan evinindən 1 ədəd 50 manat dəyərində “Fillips” markalı tozsoranı və 1 ədəd 5 manat dəyərində dəmir qutunu və 06 fevral 2022-ci il tarixdə X1 məxsus Xaçmaz rayonu Qusarçay ərazisində yerləşən yaşayış olmayan evinindən 1 ədəd 30 manat dəyərində “Güldan”ı oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X22 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis mayoru X28 göstərdi ki, Şəxs 02 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraqurtlu kəndində yaşayan X7 məxsus Xaçmaz rayonu Padar kəndində yerləşən əkin sahəsindən 1 ədəd 200 litr həcmində 80 manat dəyərində dəmir çəlləyi, 23 oktyabr 2021-ci il tarixdə X21 məxsus Xaçmaz rayonu Yergüc kəndində yerləşən evdən 1 ədəd 90 manat dəyərində Marcus markalı su nasosunu, 13 dekabr 2021-ci il tarixdə X4 məxsus “Qazel” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilindən 80-100 manat dəyərində “Pioner” maqnitafonu, 26 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu Köhnə- Xaçmaz kəndində yaşayan X16 məxsus “VAZ 2107” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilindən 70 manat dəyərində “Pioner” maqnitofonu, 30 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X10 ünvan 2kintisi davam edən evinin həyətindən ümumi dəyəri 30 manat olan 6 ədəd borunu, 09 yanvar 2022-ci il tarixdə X11 məxsus Xaçmaz rayonu Üçgün kəndində yerləşən yaşayış olmayan evindən 40 manat dəyərində məişət qablarını, 10 yanvar 2022-ci il tarixdə X12 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış evinin həyətindən 90 manat dəyərində benzinlə işləyən generatoru, 26 yanvar 2022-ci il tarixdə X8 məxsus ünvan 4 ünvanda yaşayan evinin həyətindən 100 manat dəyərində “Stels” markalı velosipedi, 29 yanvar 2022-ci il tarixdə X5 bacısı X2 məxsus nəzarət etdiyi ünvan 5 ünvanda yerləşən yaşayış olmayan evinindən 1 ədəd 50 manat dəyərində “Fillips” markalı tozsoranı və 1 ədəd 5 manat dəyərində dəmir qutunu və 06 fevral 2022-ci il tarixdə X1 məxsus Xaçmaz rayonu Qusarçay ərazisində yerləşən yaşayış olmayan evinindən 1 ədəd 30 manat dəyərində “Güldan”ı oğurlayaraq zərərçəkmiş şəxslərə zərər vurmuş və zərərçəkmiş şəxslərə dəymiş zərər barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən ödənilməmişdir. Barəsində qanunvercilyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, iş materiallarında qeyd olunan əməllər onun tərəfindən törədilib. O, mütəmadi olaraq oğurluqla məşğul olur, əvvəllər oğurluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq, məhkum olunmuş Bundan sonra, bir neçə dəfə xırda oğurluqlar törətsə də, barəsində məhkəmənin qərarı ilə ictimai işlər tənbehi verilmiş, lakin o, işləməyi özünə sığışdırmadığından, qərar icrasız qalmışdır. Barəsində həbslə bağlı inzibati tənbeh tədbrinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon X19 Bölməsinin təhqiqatçısı polis, kapitanı X27 oğlunun 16 oktyabr 2021-ci il tarixli, 11 noyabr 2021-ci il tarixli, 23 dekabr 2021-ci il tarixli, 05 yanvar 2022-ci il tarixli, 06 yanvar 2022-ci il tarixli 19 yanvar 2022-ci il tarixli, 22 yanvar 2022-ci il tarixli qərarlarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X19 Bölməsinin təhqiqatçısı polis, polkovnikleytenantı X6 03 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X19 Bölməsinin baş təhqiqatçısı polis, mayoru X13 08 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X19 Bölməsinin baş təhqiqatçısı polis, mayoru X13 14 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında aprotokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməllərində yüngülləşdirici hallar müəyyən edilməmişdir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs oğlunun il ərzində təkrar inzibati xəta törətməsi məsuliyyətini ağıralaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlunun həbsinin əvvəli inzibati qaydada tutulduğu 21 fevral 2022-ci il tarixdən saat 18:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 (iki) ay müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 21 fevral 2022-ci il tarixdən saat 18:40-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-443/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-443/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver