Məhkəmə qərarları › İş №3(067)-444/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-444/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-444/2022 16.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Xaçmaz rayon X5 Yol Polisi bölməsinin yol-patrul xidməti inspektoru X2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Xaçmaz rayonunun Çılğır kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 342.9-cu maddəsi ilə icraatı başlanmış Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYY ƏN ETDİ : Şəxs idarə etdiyi «VAZ 2106» markalı, ** RA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünüşünü xüsusi vasitələrdən istifadə etdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu barədə Qusar rayon X5 Yol Polisi bölməsinin yol-patrul xidməti inspektoru X3, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 fevral 2022-ci il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədiyi üçün, hərəkətdə olan zaman kameralar vasitəsilə cərimə olunmasın deyə avtomobilin arxa və qabaq nömrələrinə yapışqanlı lent ilə görüntünü məhdudlaşdırmışdır. 01 fevral 2022-ci il tarixdə Xaçmaz şəhəri ərazisində ona məxsus «VAZ 2106» markalı, ** RA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən dövlət yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa dövlət qeydiyyat nişanın görünüşünü xüsusi vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. İnzibati xətanı törətməsini etiraf edir və bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Qusar rayon X5 Yol Polisi bölməsinin yol-patrul xidməti inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, 01 fevral 2022-ci il tarixdə Xaçmaz şəhəri ərazisində xidməti vəzifəsini yerinə yetirərkən «VAZ 2106» markalı, ** RA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ön və arxa qeydiyyat nişanın görünüşü xüsusi vasitələrdən istifadə etməklə oxunması çətinlik törətdiyi müəyyən edildiyini, ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 fevral 2022-ci il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında iş üzrə icraat başlamış şəxsi dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsi kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını və ədalətlilik prinsipini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət və inzibati xətanın bilavasitə obyekti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-112, 113-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar