Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-444/2023 28.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(067)-255/2019 saylı icra sənədi üzrə 10600 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(067)-255/2019 saylı icra sənədinə əsasən Şəxs 10 oktyabr 2018-ci ildən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində sabit aliment alınaraq X3 verilməlidir. Borclu hazıradək heç bir məbləğdə aliment ödəməmiş və onun 10600 manat aliment borcu yaranmış, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin bildirmişdir ki, borclu bundan da əvvəl alimenti ödəmədiyinə görə xx.xx.2020-ci il tarixdə məhkəmənin qərarı ilə inzibati məsuliyyətə cəlb edilmiş, bundan başqa, hazırkı məhkəmə iclasına axtarış işi ilə polis tərəfindən tapılaraq bu gün icra şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, hazıradək alimentlə bağlı heç bir məbləğdə ödəniş etməmişdir. Alimenti ödəməməsinin səbəbi işsiz olması olmuş, hazırda isə iş yeri tapmışdır. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu hazıradək ona heç bir məbləğdə aliment ödəməmişdir. O özü işləyərək çətinlikdə uşaqlarını saxlayır. Borclunun barəsində həbs inzibati tənbehinin təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(067)-255/2019 saylı icra sənədinə əsasən Şəxs 10 oktyabr 2018-ci ildən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində sabit aliment alınaraq X3 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, həmçinin onun əmlak vəziyyəti yoxlanılmış, lakin mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak aşkar dilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarından görünür ki, Şəxs axtarış işi üzrə 28 mart 2023-cü il tarixdə saxlanılaraq icra və probasiya şöbəsinə təhvil verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1984-cü ildə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən, saat 00:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-444/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-444/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver