Məhkəmə qərarları › İş №3(067)-445/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-445/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-445/2022 04.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Xaçmaz rayon X14 X15 nümayəndəsi inzibati təcrübə üzrə inspektoru X6, X1 iştirakları ilə, X3 15 sentyabr 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X2 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək 15 sentyabr 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2021-ci il tarixdə idarə etdiyi KİA Cerato (minik tipli) avtomaşını ilə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yük avtomobillərinin dayanmasını qadağan edici nişanının yanında dayanarkən YPX maşını onun və onun idarə etdiyi nəqliyyat vasitəsi ilə eyni istimqatədə dayanan bir neçə avtomobili səs gücləndirici vasitələrlə nəqliyyat vasitələrini oradan götürməsi üçün xəbərdar edilməklə barəsində inzibati tənbeh haqqında elektron qərar qəbul edilmişdir. Şəkildə göründüyü kimi o, “yük avtomobillərinin dayanmasını qadağan” işarəsi olan yerdə saxlamışdır. Burda heç bir qayda pozuntusu olmamışdır. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında ona məxsus KİA Cerato (minik tipli) markalı avtomobil yol kənarında dayanarkən saat 10:45 radələrində iki YPX maşını onun və onun idarə etdiyi nəqliyyat vasitəsi ilə eyni istimqatədə dayanan bir neçə avtomobili səs gücləndirici vasitələrlə nəqliyyat vasitələrini oradan götürməsi üçün xəbərdar edilmişdir. Həmin vaxt o, polis əməkdaşına yaxınlaşaraq orada olan yol nişanını göstərərək bildirmişdir ki, orada yol nişanı yalnız yük avtomobillərinin dayanmasını qadağan edir onun idarə etdiyi nəqliyyat vasitəsi isə minik avtomobilidir, o isə, etinasız yanaşaraq “xeyr hamıya aiddir" cavabını verib, nəqliyyat vasitəsinin foro şəəkillərini çəkərək avomobilini oradan götürməsini bildirmişdir. Həmin vaxt (15.09.2021) hələki sistemə protokol işlənməmişdir. Bundan sonra o, 24 sentyabr 2021-ci il tarixdə tərtib tərtib edilmiş qərarla razı olmadığını və bu məsələnin araşdırılması və araşdırılmanın nəticəsi barədə ona rəsmi məlumat verilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə məktub ünvanlamış və ona idarə tərəfindən 27 sentyabr 2021-ci il tarixdə cavab gələrək məsələ ilə bağlı aidiyyatı şöbəyə məlumat verilməsi ilə bağlı məktub ünvanlanmışdır. Protokol üzrə şikayətinə əsasən 28 oktyabr 2021 -ci ildə Xaçmaz rayon Polis şöbəsində onun iştirakı olmadan baxılsa da əsaslandırmadan heç bir qanuni istinad göstərmədən, öz versiyalarını ona sübuta yetirmədən barəsində eyni maddə ilə 20 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. Bundan sonra o, 10.11.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinə həmin məsələnin onun iştirakı ilə baxılması üçün müraciət edərək elektron şikayət ünvanlamışdır. BDYPİ-dən elektron ünvanına 27.11.2021-ci il tarixində məktub göndərilərək, ərizəsinin daxil olması və araşdırılma üçün göndərilməsi göstərilmişdir. Lakin bundan sonra heç bir rəsmi cavab almadan SMS Radar mobil tətbiqi ilə ona məlum olmuşdur ki, artıq barəsində çıxarılan qərara görə faiz hesablanmağa başlanılmışdır. O, barəsində çıxarılmış qərarla bağlı razı olmadığından ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən qeyd edilənləri nəzərə alaraq həmin barəsində çıxarılmış qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Xaçmaz rayon X14 X15 nümayəndəsi inzibati təcrübə üzrə inspektoru X10 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol X8 barəsində tərtib edilmiş və 15.09.2021-ci il tarixdə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X8 barəsində qəbul edilmiş 15.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət X12 tərəfindən deyil, X5 tərəfindən verilmişdir. Qanunvericilikdə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərilmişdir. Buna baxmayaraq şikayətçi şikayət vermək hüququ olması barədə məhkəməyə hər hansı bir rəsmi sənəd təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iclasında müəyyən edildi ki, 15 sentyabr 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə elektron qərar X3 barəsində deyil, X8 barəsində qəbul edilmiş, həmin qərarla X12 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. 15 sentyabr 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət X12 tərəfindən deyil, X5 tərəfindən verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 inzibati tənbehin ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar