Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-446/2024 09.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibiİsayeva Səbinə Cavanşir qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikasının X6 X3 14 mart 2024-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X6 X3 14 mart 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X4 Azərbaycan Respublikasının X6 X3 14 mart 2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının X6 X3 inzibati tənbeh-vermə haqqında 14 mart 2024-cü il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 1500 ( bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının X6 X3 inzibati tənbeh vermə haqqında 14 mart 2024-cü il tarixli, MN № ******* saylı qərarı inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb kimi "xx.xx.2024-cü il tarixində Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Gənclik" marketdə plandankənar yoxlama zamanı yararlılıq müddəti bitmiş məhsullar aşkar edildi" göstərilir. X6 X3 yoxlamanın nəticələri üzrə qəbul etdiyi haqqında 14 mart 2024-cü il tarixli, № QXNQ-080 saylı qərarında göstərilir ki, baxış zamanı yararlılıq müddəti bitmiş, aşağıdakı məhsullar aşkar edilmişdir: .Saxlama müddəti (yararlılıq müddəti) xx.xx.2024cü il tarixində bitmiş, həcmi 2 1 olan 10 ədəd “Sprite” əmtəə nişanlı qazlı içki; Saxlama müddəti (yararlılıq müddəti) xx.xx.2024-cü il tarixində bitmiş, çəkisi 100 qram olan 2 (iki) ədəd “Qidam” əmtəə nişanlı vermişel; Saxlama müddəti (yararlılıq müddəti) xx.xx.2023cü il tarixində bitmiş, çəkisi 1800 qram olan, 1 (bir) ədəd “Richmond” əmtəə nişanlı uzun düyü. O, qərarla razı deyil. Ona görə ki, adları qeyd olunan 10 ədəd “Sprite” əmtəə nişanlı qazlı içki, 2 (iki) ədəd “Qidam” əmtəə nişanlı vermişel məhsullarının saxlanılma müddəti qərardan da göründüyü kimi cəmisi-bir gün keçmişdir. Həmin məhsulları ayırıb təhvil vermək üçün qoymuşduq ki, növbəti dəfə marketə mal gətirilən zaman geri qaytaraq. Cəmi çəkisi 1800 qram olan, 1 (bir) ədəd “Richmond” əmtəə nişanlı uzun düyünün isə vitrinə necə düşməsindən məlumatımız yoxdur. Göründüyü kimi qeyd olunan 10 ədəd “Sprite” əmtəə nişanlı qazlı içki, 2 (iki) ədəd “Qidam” əmtəə nişanlı vermişel məhsullarının saxlanılma müddəti cəmi bir gün bitən kimi onlar ayrılaraq təhvil vermək üçün saxlanılmışdır. Göstərilən məhsulların satılması barədə hər hansı məqsədləri olmamışdır. Qeyd edir ki, qərardan da göründüyü kimi onu vəzifəli şəxs kimi 1500 manat cərimə etmişlər. Halbuki o, vəzifəli şəxs deyil, həyətimin içərisində olan marketdə işləməklə gündəlik çörək pulunu çıxarır. Özü ürəyindən açıq əməliyyat olunmuşdur. Onun istehlakçıları aldatmaq və onlara saxlama müddəti keçmiş məhsul satmaq niyyəti yoxdur və olmamışdır. Göründüyü kimi tərtib edilmiş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanuni və əsaslı deyildir. Məhkəmə iclasında şikayət verən şəxs X4 bildirmişdir ki, Azərbaycan Respublikasının X6 X3 əməkdaşları tərəfindən Xaçmaz rayonu Qusarçay kəndində yerləşən ona məxsus “Gənclik” marketdə plandankənar yoxlama keçirmişlər və onu marketdə olan vaxtı keçən məhsullara görə cərimə etmişlər. Azərbaycan Respublikasının X6 X3 inzibati tənbeh vermə haqqında 14 mart 2024-cü il tarixli, MN1609692 saylı qərarı inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb kimi “Gənclik” marketdə yararlılıq müddəti bitmiş məhsulların aşkar edilməsi göstərilmişdir. Qeyd edir ki, qərardan da göründüyü kimi onu vəzifəli şəxs kimi 1500 manat cərimə etmişlər. Halbuki o, vəzifəli şəxs deyil, həyətinin içərisində olan marketdə işləməklə gündəlik çörək pulunu çıxarır. Özü ürəyindən açıq əməliyyat olunmuşdur və həmin vaxt xəstəxanada olduğuna görə də dükan nəzarətsiz qalıb. Marketdə işçi olsa da nəzarət etməmişdir. Vaxtı keçmiş məhsulları şirkət özü gələrək marketdən geri götürür. Həmin vaxtı keçmiş ərzaq məhsullar marketin vitrinin də yox, kənarda olmuşdur. Onun alıcıları aldatmaq və onlara saxlama müddəti keçmiş məhsul satmaq niyyəti yoxdur. Azərbaycan Respublikası X6 X3 inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Qida X5-X11 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının X6 X3 14 mart 2024-cü il tarixli QXNQ-080 saylı “yoxlamanın nəticələri üzrə” qərarın surətindən müəyyən olunur ki, inzibati əta əlamətləri aşkar edildiyi üçün inzibati ilə bağlı işə baxılmasına dair zəruri tədbirlərin görülməsi təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının X6 X3 14 mart 2024-cü il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətindən müəyyən olunur ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsinin dispozisiyası saxlama müddəti ötmüş məhsulların satılmasına görə inzibati məsuliyyəti nəzərdə tutur. Məhkəmə şikayət ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə baxışında qərardan şikayət vermiş şəxs Yusif Seyidəliyev izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının X6 X3 əməkdaşları tərəfindən Xaçmaz rayonu Qusarçay kəndində yerləşən ona məxsus “Gənclik” marketdə plandankənar yoxlama keçirilərkən marketdə saxlama müddəti (yararlılıq müddəti) xx.xx.2024-cü il tarixində bitmiş, həcmi 2 1 olan 10 ədəd “Sprite” əmtəə nişanlı qazlı içki, saxlama müddəti (yararlılıq müddəti) xx.xx.2024-cü il tarixində bitmiş, çəkisi 100 qram olan 2 (iki) ədəd “Qidam” əmtəə nişanlı vermişel, saxlama müddəti (yararlılıq müddəti) xx.xx.2023cü il tarixində bitmiş, çəkisi 1800 qram olan, 1 (bir) ədəd “Richmond” əmtəə nişanlı uzun düyü aşkar edildiyini etiraf etsə də, həmin məhsulları ayırıb geri qaytarılması üçün qoyulduğunu, 1 (bir) ədəd “Richmond” əmtəə nişanlı uzun düyünün isə vitrinə necə düşməsindən məlumatı olmadığını bildirsə də, qeyd olunan hallar onun özünün mülahizəsindən başqa heç bir sübutla təsdiqini tapmamışdır. Ona görə də Azərbaycan Respublikasının X6 X3 əməkdaşları tərəfindən Xaçmaz rayonu Qusarçay kəndində yerləşən ona məxsus “Gənclik” marketdə plandankənar yoxlama keçirilərkən marketdə saxlama müddəti (yararlılıq müddəti) keçmiş məhsulların aşkar edilməsi tamamilə sübuta yetirilir. X10 marketdə işlədiyinə görə vəzifəli şəxs olmadığını və bu səbəbdən 1500 manat cərimə edilməsini qanunsuz hesab etdiyini bildirmişdir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qeyd olunanlara əsasən şikayət vermiş şəxs X4 vəzifəli şəxs hesab olunur. Ona görə də onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qanuna uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının X6 X3 14 mart 2024-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından şikayəti yalnız formal mülahizələrə əsaslandığından, şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida X5-Xaçmaz Regional X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə edilməsinə dair 14 mart 2024-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-446/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-446/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver