Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-447/2025 14.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəməiclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 10 dekabr 2024-cü il tarixdə Xaçmaz-Xudat yolunda tikinti apardığı yerdə saat 15:30 radələrində polis əməkdaşları onu nizam-intizama dəvət etməsinə baxmayaraq öz qanuna zidd hərəkətlərinə davam etməklə qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1527/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1.ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və 10 dekabr 2024-cü ildən 12 dekabr 2024-cü ilədək inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla, ona təyin edilmiş cərimə cəzasının məbləği 100 (bir yüz) manata qədər azaldılaraq üzərində qəti olaraq 100 (bir yüz) manat məbləğində inzibati tənbeh saxlanılmışdır. Bundan sonra Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1527/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərarını dəyişdirərək barəsində təyin olunmuş inzibati cəza növünün ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-81/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1527/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərar ləğv edilmiş və material baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Məhkəmə iclasında zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki,inzibati materialda onun tikinti aparıldığı yerdə olduğu və polisin qanuni tələbinə tabesizlik göstərdiyi yazılmış, lakin ustaların PŞ-ya gətirildiyi gün o Xaçmaz şəhərində olmuşdur. Ustalar təsdiq edə bilərlər ki, həmin tarixdə o, tikinti aparılan ərazidə olmamışdır və polis əməkdaşları ilə qarşılaşmamışdır. Həmçinin onun həmin tarixdə Xaçmaz şəhərində yerləşən Məkan çay evində digər 4 nəfər şəxslə əyləşərək çay içməsini şahid ifadə verərək məhkəmə iclasında təsdiq edə bilərlər. Şahidlərdən digərləri isə işlərinin olması ilə əlaqədar məhkəmə iclasına gəlməmişlər. O, Məkan adlı çay evində olduğu vaxt ustaları zəng edib polis əməkdaşları tərəfindən PŞ-ya aparılmalarını demişlər. O, ustalarına onun Xaçmaz şəhərində olduğunu PŞ-ya gedəcəyini demişdir. Ustalardan əvvəl PŞ-ya gedərək Növbətçi hissəyə yaxınlaşdığında ona ustaları gəldikdən sonra birlikdə Rəfael müəllimin yanına çağrılacaqlarını ona demişlər. Daha sonra ustaları PŞ-ya gəldikdən sonra birlikdə Rəfael müəllimin yanına daxil olmuşlar. Söhbət etdikdən sonra Rəfael müəllimin göstərişinə əsasən ustaların izahatları alınaraq buraxılmışlar. Lakin o, iki gün müddətinə həbsdə saxlanılmışdır. Həbsə alınma səbəbi barədə soruşduğunda ona heç kim məlumat verməmişdir. O, iki gün müddətinə həbsdə saxlanıldıqdan sonra barəsində işə baxılması üçün Xaçmaz rayon məhkəməsinə gətirildiyi zaman inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi görmüşdür. Lakin əvvəldən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə tanımamışdır. Nümayəndə PŞ-da həbsdə olduğu vaxt ona yaxınlaşıb sənədlərə qol çəkdirdiyində o Nümayəndə nə baş verməsini soruşmuş, Nümayəndə İXM-nin 535.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu və baxılması üçün məhkəməyə aparılacağını demişdir. Ötən məhkəmədə heç bir şahid dindirilmədən barəsində 200 manat cərimə inzibati tənbeh tətbiq edilmiş və iki gün həbsdə saxlanılma müddəti cəzadan çıxılaraq 100 manat cərimə inzibati tənbeh tədbiri saxlanılmışdır. Həmçinin şahid qismində bir nəfər tanımadığı şəxs 12 dekabr 2024-cü il tarixdə keçirilən məhkəməyə iclasına dəvət olunmuş, lakin həmin şahid ona qarşı yalan ifadə verməyi tapşırıldığını deyərək ifadə məhkəmə iclas zalına daxil olmadan çıxıb getmişdir. O, barəsində əsassız olaraq tətbiq edilmiş 100 manat məbləğində cərimə inzibati tənbehin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında zalında şahid X3 izahat verərək bildirmişdir ki, tikintidə işlədikləri zaman polis əməkdaşları yaxınlaşmış və onlarla PŞ-ya getməli olduqları deyilmişdir. Həmin vaxt Şəxs orada olmadığı üçün o, İbrahimə zəng edib məlumat vermişdir. İbrahim narahat olmamalarını və onun PŞ-yə gələcəyini demişdir. Onlar polis şəxsi avtomobilləri ilə PŞ-ya getmişlər və orada izahatları alınaraq tikintinin qanunsuz aparılması barədə məlumat verilmişdir. Polis əməkdaşlarına qarşı hər hansı müqavimət və ya qanuni tələbinə tabesizlik halları baş verməmişdir. Məhkəmə iclasında zalında şahid X7 izahat verərək bildirmişdir ki, o, Şəxsla, həmçinin Səməd və Şahinlə birlikdə Xaçmaz şəhərində yerləşən Məkan çay evində çay içdikləri zaman İbrahimə ustaları zəng edərək tikinti aparıldığı yerə polis əməkdaşlarının gəldikləri və onları PŞ-ya aparmaları barədə məlumat vermişlər. Onun avtomobilinə əyləşərək Şəxsla birlikdə PŞ-ya getmişlər, lakin Növbətçi hissədə onlara ustalarda gəldikdən sonra birlikdə daxil ola biləcəkləri deyilmişdir. Ustalar gəldikdən sonra birlikdə PŞ-da Rəfael müəllimin yanına daxil olmuşlar. Daha sonra o, Rəfael müəllimin xidməti otağından çıxarılmışdır. Daha sonra İbrahim ustalarla birlikdə rəis müavini Rəfael müəllimin otağından çıxdıqlarından sonra ustalara və ona getmələri, İbrahimin isə saxlanılacağı deyilimişdir. İbrahim iki gün həbsdə saxlanıldıqdan sonra atası zəng edərək ona məhkəməyə gəlməsini demişdir. O, polisə müqavimət göstərilmədiyini, ustalara görə PŞ-ya getdiklərini bildirmişdir. Məhkəmə iclasında zalında şahid X4 izahat verərək bildirmişdir ki, onların tərəfindən Şəxs deyil, ustalar PŞ-ya aparılmışlar. Həmçinin raportda da, İbrahimi aparmadıqları üçün adı keçmir. Onlar PŞ-yə qayıtdıqlarında İbrahimin orada olduğunu görmüşlər. Məhkəmə iclasında zalında şahid X5 izahat verərək bildirmişdir ki, tikintinin aparılması ilə əlaqədar əraziyə yaxınlaşaraq orada işləyən iki nəfər şəxsi PŞ-ya aparmışlar. Bu barədə raportda da, qeyd etmişdir. Belə ki, Şəxs tikinti aparılan ərazidə olmamışdır. Onlar PŞ-ya qayıtdıqlarında İbrahimi orada PŞ-də görmüşlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslarvardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2024-cü il tarixli “Raport”dan müəyyən edilir ki, həmin tarixdə polis serjantları Əkbərov Məhəmməd və Cabbarov Fariz birlikdə xidmətdə olduqları zaman Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində qanunsuz tikili aşkar edərək həmin yerə yaxınlaşıb tikinti aparan şəxsləri Xaçmaz RPŞ-yə aparmışlar. RPŞ-nin Növbətçi hissəsində məlum olmuşdur ki, həmin şəxslər Kanal kimi adlanan kənd sakini 1991-ci il təvəllüdlü X6 və Bayoba kəndində yaşayan 1992-ci il təvəllüdlü X1r. - xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs10 dekabr 2024-cü il tarixdə Xaçmaz-Xudat yolunda tikinti apardığı yerdə saat 15:30 radələrində polis əməkdaşları onu nizam-intizama dəvət etməsinə baxmayaraq öz qanuna zidd hərəkətlərinə davam etdirməklə qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin535.1-ci maddəsindəki inzibati xətanın subyekti deyildir, inzibati xəta törədilməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Beləki, hazırkı iş üzrə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağı əməl iinzibati xəta kimi müəyyən edilmişdir. Lakin iş materiallarından, tərəfin və şahid ifadələrindən müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbinə tabesizlik göstərmədiyi və ümumiyyətlə tikinti aparılan ərazidə olmadığı halda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 10 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-447/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-447/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver