Məhkəmə qərarları › İş №3(067)-449/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-449/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-449/2025 05.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə Xaçmaz rayonu, Hacıməmmədoba kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Hacıməmmədoba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 05 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(067)-2179/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 23 noyabr 2009-cu il təvəllüdlü X5 və 20 avqust 2013cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat məbləğində alimenti tutularaq X2 verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə izahatında bildirdi ki, qeyd olunan icra sənədi şöbənin icraatına 2021-ci ilin iyun ayının 27-də daxil olmuşdur. İcra sənədi üzrə Şəxs ümumilikdə 350 manat məbləğində aliment pulu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tərəflindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuşdur. Həmçinin borclu barəsində müxtəlif vaxtlarda tərəfindən axtarışlar verilmişdir. Sonuncu dəfə axtarış borclu barəsində 29 iyul 2024-cü il tarixdə verilmişdir və Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 30 sentyabrda İcra Şöbəsinə təhvil verilmiş və tələbkarla aralarında razılıq olduğu üçün hər ay 500 manat məbləğində pulun ödənilməsi barədə aliment pulun ona görə izahatı alınıb buraxılmışdır. Təkrarən borclu ay ərzində 500 manat məbləğində pulu ödəniş etmədiyi üçün barəsində yenidən tərəfindən axtarış verilmiş və axtarış nəticəsində bu gün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İcra Şöbəsində borclunun izahatı alınmış, izahatında hazırda 3400 manat alimenti borcunun olduğunu bildirmiş və qeyd olunan borcdan da bu gün heç bir ödəniş etmədiyi üçün barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, səhhəti bağlı heç bir yerdə işləyə bilmədiyini, sonrada isə səhhəti ilə bağlı müalicə alaraq Vətər restoranında işə başladığı vaxtdan yəni 2024-cü ilin noyabr dekabr aylarında tələbkara 1000 manat, 24 fevral 2025-ci il tarixdə isə tələbkara 3000 manat ödəniş etdiyini, həmin borcun yığılmasına səbəb isə onun səhhəti ilə bağlı işləməməsi olmuşdur. Hal-hazırda 3400 manat aliment borcu qalmışdır. Həmin borcu da işləyib qazanaraq ödəyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 05 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Məhkəmə iclasında araşdırma zaman barəsində inzibati xəta haqqında icraat aparılkan şəxsin aliment borcuna görə 1000 və 3000 manat ödəniş etməsini inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə da təsdiq etmiş, lakin tələbkarın bir çox yerlərə şikayət etməsinə görə borclu barəsində protokol tərtib etmək məcburiyyətində qaldığını və bu səbəbdən inzibati xəta haqqında protokol tərtib edərək barəsində tədbir görülməsi üçün məhkəməyə gətirildiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru iş üzrə tələbkarın indiyəndək icra şöbəsinə müraciət etmədiyi üçün aliment üzrə ödənişlər ödənilib-ödənilməməsi, borcun olub-olmaması ilə bağlı məlumatı olmadığını bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar