Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-45/2023 08.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Çiləgir kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 12 iyul 2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “İJ 27175-030” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob istiqamətində hərəkətdə olarkən yolun sağ hissəsindən sol hissəsinə keçmək istəyən piyada X1 vurmuş, nəticədə Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, 12 iyul 2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “İJ 27175-030” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 60 km/saat sürətlə Gəndob istiqamətində hərəkət etmişdir. Avtomobilində sərnişin olmasa da avtomobilin yük yerində 370 kq şaftalıdan ibarət yük olmuşdur. Yolun Xaçmaz rayonu Əhmədoba kəndi ərazisindən keçən 28-ci kilometrində Gəndob istiqamətdə hərəkətdə olduğu zaman qarşıda, hərəkəti istiqamətində yolun sağ ehtiyat hissəsi ilə hərbi geyimdə olan bir piyada kişi Gəndob istiqamətində hərəkət etdiyini görmüşdür. Sonradan həmin piyada ona çatmağına az qalmış piyada hərkəti istiqamətində yolu sağdan sola keçmək məqsədi ilə iti yerişlə yoda piyadalar üçün nəzərdə tutulmuş keçid olmadığı halda anidə onun yoluna keçmiş, o, bunu görən kimi hər hansı bir xoşagəlməz hadisə baş verməsin deyə nəqliyyat vasitəsinin tormoz əyləcini basmaqla və nəqliyyat vasitəsinin sükanını yolun sol tərəfinə istiqamətləndirməsinə baxmayaraq, həmin piyada yəni adı sonrada bildiyi X3 əvvəlcə nəqliyyat vasitəsinin qabaq sağ yan güzgüsünə, sonra avtomobilin yük yerinin qabaq sağ tərəfinə dəyərək yerə yıxılmışdır. Bundan sonra o, nəqliyyat vasitəsinin qəza siqnallarını yandıraraq nəqliyyat vasitəsindən düşərək, həmin piyadanın yanına getmişdir. Həmin vaxt o, tibbi yardım göstərilməsi üçün 103 xidmətinə zəng etmək istəmiş, lakin onların hadisə yerinə gec gəlib çatacaqlarını düşündüyü üçün yoldan keçən tanımadığı, dövlət qeydiyyat nişanını xatırlamadığı nəqliyyat vasitəsini saxladaraq sonuncunu həmin nəqliyyat vasitəsinə yerləşdirərək tibbi yardım göstərilməsi ilə əlaqədar Xaçmaz mərkəzi rayon Xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərildikdən sonra o, hadisə yerinə qaytımışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişlər. Bundan əlavə olaraq o, zərərçəkmiş şəxsin bütün xəstəxana xərclərində yaxından iştirak etdiyini, çəkdiyi xərclərlə bağlı qəbzlərinin olduğunu, zərərçəkmişə baş çəkmək üçün gəldiyini, zərərçəkmiş şəxsə səhhəti ilə bağlı maraqlanmaq üçün zəng etdiyini, lakin zərərçəkmiş şəxs onunla danışmaqdan imtina edərək dəstəyi evdə yaşayanlardan birinə verərək onunla danışdırdığını bildirmişdir. Qeyd olunanları və həyat yoldaşını itirdiyini və himayəsində 3 azyaşlı uşaqlarının olmasını yeganə qazanc yolunu nəqliyyat vasitəsi ilə yük apararaq qazanc əldə etməsini bildirərək məhkəmədən barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, ekspertiza rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə 10 avqust 2022-ci il tarixli qərar, tərtib edilmiş 14 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamilə təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Publik Hüquqi Şəxsin 12 iyul 2022-ci il tarixli 574 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası xəstəlik tarixinədək məlumatlar və KT müayinələrinin cavabları əsasında belə nəticəyə gəlmişdir ki, onun bədəni üzərində aşkar olunmuş xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan alnından əzilmiş-cırılmış yaralar, burun sümüklərinin qapalı sınığı, sağ çiynində, sağ bazu nahiyəsində və belində sağda sıyrıqla küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 12 iyul 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərada göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törədiklərindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan 16 noyabr 2012-ci il tarixli, AZ-İİ seriyalı 989397 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, Şəxs X6 ilə birgə nigahlarından 12 iyul 2012-ci il təvəllüdlü X8 adından övladları olmuşdur. İş materiallarında olan 15 noyabr 2013-cü il tarixli, AZ-İİİ seriyalı 206433 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, Şəxs X6 ilə birgə nigahlarından 30 oktyabr 2013-cü il təvəllüdlü X7 adından övladları olmuşdur. İş materiallarında olan 17 iyun 2017-ci il tarixli, AZ-İİİ seriyalıi 956748 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, Şəxs X6 ilə birgə nigahlarından 12 iyun 2017-ci il təvəllüdlü X10 adından övladları olmuşdur. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 iyul 2020-ci il tarixli, AZ-İİ seriyalı 102883 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Şəxs arvadı X6 ürək çatışmamazlığından vəfat etmişdir. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli, “OKİ” tibb müalicəxanası tərəfindən verilmiş 001652 nömrəli talondan görünür ki, Şəxs tərəfindən xx xxxxxxxx 1989-cu il təvəllüdlü X2 görə 230 (iki yüz otuz) manat məbləğində müalicə xərcləri ödənilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan İnzibati Ərazi Dairəsinin nümayəndəliyi tərəfindən verilmiş 04 fevral 2023-cü il tarixli, 137 nömrəli arayışdan görünür ki, Şəxs heç bir yerdə işləmir, himayəsində 12 iyul 2012-ci il təvəllüdlü X8, 30 oktyabr 2013-cü il təvəllüdlü X7 və 12 iyun 2017-ci il təvəllüdlü X10 adında üç azyaşlı uşağları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə tibbi müalicə zamanı köməklik göstərməsi, himayəsində üç az yaşlı uşağları olmaqla ailənin yeganə qazanc gətirəni olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-45/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-45/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver