Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-452/2021 10.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, 02 yanvar 1953-cü ildə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 30.06.2017-29.06.2019-cu il tarixlərdə Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə 259 (iki yüz əlli doqquz) gömrük bəyannaməsi əsasında ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan, ümumilikdə 2912997,05 ABŞ dolları (4952094,99 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 fikrini dinləyib inzibati xəta haqqında protokol tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında göstərdi ki, o, 2004-cü ildə Quba şəhərində yerləşən 3 saylı Ərazi Vergilər İdarəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmin vaxtdan başlayaraq 2019-cu ilin ortalarına kimi həm ölkə daxilində fərdi sahinbkarlıq fəaliyyəti göstərmiş, həm də fərdi sahibkar kimi ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xarici ölkələrə meyvə-tərəvəz məhsulları ixrac etmiş və həmin fəaliyyətlərdən gəlir əldə etmişdir. 2017-2019-cu illərdə Şimal Ərazi Baş Gömrük İdarəsində öz adına ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə 259 (iki yüz əlli doqquz) gömrük bəyannaməsi ilə xarici ölkələrə (Rusiya Federasiyası, Qazaxıstan və Ukrayna Respublikası) meyvə-tərəvəz məhsulları ixrac etmişdir. İxrac olunmuş malların müqabilində müqavilə bağladığı və ünvanına mallar ixrac olunmuş fiziki və hüquqi şəxslər tərəfindən onun müvəkkil bank hesabına müəyyən ödənişlər edilsə də, 259 (iki yüz əlli doqquz) gömrük bəyannaməsi üzrə ümumilikdə 2912997,05 ABŞ dolları (4952094,99 manat) məbləğində vəsait onun müvəkkil banklarda ("xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC) olan hesabına köçürülməmişdir. Bunun səbəbi isə malların ixrac olunduğu ölkədə ixrac olunmuş yüklə bağlı müəyyən ödəmələrin edilməsi olmuşdur. Belə ki, mallar ixrac olunan şəxslər tərəfindən sürücülərə müəyyən məbləğlərdə xidmət haqları ödənilmişdir. Eyni zamanda, malları idxal edən fiziki və hüquqi şəxslər onun müvəkkil bankda olan hesabına köçürülməli olan vəsaitdən Rusiya Federasiyasında malın idxalı ilə bağlı əlavə dəyər vergisi və digər ödənişləri etmişlər. Buna görə də 2912997,05 ABŞ dolları (4952094,99 manat) məbləğində vəsait onun bank hesabı vasitəsilə qaytarılmamışdır. Bununla bağlı qarşı tərəfdən müvafiq halları təsdiq edən sənədləri təqdim etmələrini xahiş etsə də, bununla bağlı ona heç bir sənəd təqdim edilməmişdir. İnzibati materialda olan sənədlərdən görünür ki, Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, Azərbaycan Respublikası vətəndaşı X2 30.06.2017-29.06.2019-cu il tarixlərdə Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə 259 (iki yüz əlli doqquz) gömrük bəyannaməsi əsasında ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan, ümumilikdə 2912997,05 ABŞ dolları (4952094,99 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il qərarında qeyd edilir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının mahiyyətinə görə, qaydalarda və ya maddələrdə inzibati xəta müəyyən olunmuş müddətlərdən sonra yaranırsa, müddət axımı müəyyən olunmuş müddətin növbəti günündən başlayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbayjan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə ilə başlanılmış ijraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №3(067)-452/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-452/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver