Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-453/2021 04.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1976-cı ildə Özbəkistan Respublikasının, Fərqanə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 06 oktyabr 2020-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində yaşadığı evdə baldızı X2 döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Barəsində şikayət etdiyi X3 mərhum qardaşı İsmayılın həyat yoldaşıdır. İsmayıl Kəmalə ilə 2008-ci ildə ailə həyatı qurmuş, bu nigahdan Bədriyyə, Aydan və Yenər adlı övladları dünyaya gəlmişdir. İsmayıl 2013-cü ildə rəhmətə getmişdir. O, rəhmətə getməmişdən əvvəl övladı olmadığı üçün Aydanı ona övladlığa vermişdir. Kəmalə digər qardaşı Bahadır və anası Gülşənəm ilə eyni ünvanda yaşayır. 06 oktyabr 2020-ci il tarixdə Bahadır yaşadığı evin həyətində ev tikməsi ilə əlaqədar ona kömək etmək üçün yaşadığı evə getmişdir. Həmin gün təxminən saat 18:30 radələrində Bahadırgildə yemək bişirən zaman Aydanı yanma çağırmış ki, ona kömək etsin. Aydan onu eşitmədiyi üçün o qışqırmış və Aydana saçını yolacağını bildirərək, yanma çağırmışdır. Bu zaman Kəmalə otaqdan çıxmış və onunla söz mübahisəsi edərək, ünvanına nəlayiq sözlər deməyə başlamışdır. O, ondan dəfələrlə xahiş etmiş ki, onunla mübahisə etməsin. Lakin, Kəmalə onun uşağı olmadığı üçün onu təhqir etməyə başlamışdır. Ona görə də o Kəmalənin qolundan tutub otağına itələmişdir. Lakin, Kəmalə onunla mübahisə etmişdir. Ona görə də o Kəmalənin hərəkətləri barəsində DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Kəmalə də ondan şikayət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X4 ifadə verərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləməsədə, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Barəsində şikayət etdiyi Şairə Ağabəkova onun baldızıdır. O, mərhum həyat yoldaşı İsmayıl Mövlüdov ilə 2008-ci ildə ailə həaytı qurmuş, bu nigahdan Bədriyyə, Aydan və Yenər aldı övladları dünyaya gəlmişdir. İsmayıl 2013-cü ildə rəhmətə getmiş, rəhmətə getməmişdən əvvəl Şairənin övladı olmadığı üçün o Aydanı ona övladlığa vermişdir. O, qaynı Bahadır və qaynənəsi Gülşənəm ilə eyni ünvanda yaşayır. İsmayıl rəhəmətə getdikdən sonra Bahadır və Şairə onu sıxışdıraraq evdən çıxarmaq istəmişlər. Onun getməyə yeri olmadığı üçün evdən çıxa bilməmişdir. Buna görə də aralarında mübahisələr olmuşdur. 06 oktyabr 2020ci il tarixdə təxminən saat 18:30 radələrində yaşadığı evdə olan zaman Şairə onu əsəbləşdirməkdən ötrü Aydanm üstünə qışqıraraq ”səni doğanın belə-belə olsun” sözlərini bildirmişdir. Bu zaman o Şairəyə nə səbəbə Aydana söyüş söyməsini və onun anasının o olduğunu bdedikdə, cavabında Şairə ona Aydanı doğub onun üstünə atdığını və uşağa o baxdığını bildirmişdir. Bu zaman Şairə əlinə mətbəx bıçağını alaraq onun üstümə getmiş və bıçağın sapı ilə onun qollarından vurmuşdur. Ona görə də o DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, 06 oktyabr 2020-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində yaşadığı evdə baldızı X2 döyərək ona sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətməsinin tam sübuta yetirildiyini hesab edir. Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-453/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-453/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver