Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-454/2022 18.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, şikayət verən şəxs X3, Qida X1 Regional Bölməsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X7 tərəfindən Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 06 avqust 2021-ci il tarixli, MN № ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 06 avqust 2021-ci il tarixli, MN № ******* saylı qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. X7 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin inzibti tənbeh vermə haqqında 06 avqust 2021-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Qida X1 Regional Şöbəsinin əməkdaşları 02 avqust 2021-ci il tarixdə icarə ilə istifadəsində olan “Ariz” şadlıq sarayında xüsusi karantin rejimi dövründə NK-nin 177 saylı qərarının 2.5-3.6-cı bəndinin tələblərini pozaraq “İcazə gov az” portalına daxil edilmədən toy mərasimini keçirilməsi faktı aşkarlamışlar. Bununla əlaqədar inzibati xəta haqqında 02 avqust 2021 -ci il tarixli MN № ******* saylı protokol tərtib edilib və o, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Qərarla qətiyyən razı deyil. Belə ki, həmin toy məclisi Qarabağ qazisinin toyu olub və bu toyu X7 öz hesabına edib. Toy sahiblərindən də heç bir xərc tələb etməyib. “İcazə gov az” portalına daxil olmaq üçün bir neçə dəfə cəhd etmişlər, ancaq onlardan asılı olmayan səbəblərdən portala daxil ola bilməmişlər. Digər tərəfdən o, vəzifəli şəxs deyil, fiziki şəxsdir. Nazirlər Kabinetinin qeyd olunan qərarının tələblərini də pozmamışdır, bütün qanun və qaydalara riayət olunmaqla toy mərasimi keçirilib. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu səbəbdən də, Qida X1 Regional Bölməsinin inzibati tənbeh vermə haqqında 06 avqust 2021-ci il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslı deyildir, ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət verən şəxs izahatında bildirmişdir ki, həmin gün “İcazə gov az” portalına daxil olmaq üçün bir neçə dəfə cəhd etmişlər, ancaq onlardan asılı olmayan səbəblərdən portala daxil ola bilməmişlər. Keçiriləcək toy isə Vətən Müharibəsində iştirak edən qazinin toyu idi. Nazirlər Kabinetinin qeyd olunan qərarının tələblərini də pozmamışdır, bütün qanun və qaydalara riayət olunmaqla toy mərasimi keçirilib, yəni qonaqların sayı ilə bağlı pozuntu olmayıb. Bu səbəbdən də, Qida X1 Regional Bölməsinin inzibati tənbeh vermə haqqında 06 avqust 2021-ci il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslı deyildir, ona görə də həmin qərar ləğv edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, “İcazə gov az” portalına daxil olmaq üçün bir neçə dəfə cəhd etmişlər, ancaq onlardan asılı olmayan səbəblərdən portala daxil ola bilməmişlər. Qida X1 Regional Bölməsi tərəfindən isə o, hazırkı iş üzrə izahat vermək üçün dəvət edilməmiş və bildirdiyi bu hallar araşdırılmamışdır. Hazırda isə “İcazə gov az” portalına daxil olmaq üçün bir neçə dəfə cəhd etməsini təsdiq edəcək sənədlər onda mövcud deyil, bu sənədləri əldə etmək üçün isə 10-15 gün vaxt lazımdır, lakin Qida X1 Regional Bölməsi tərəfindən bu iş üzrə obyektiv araşdırma aparılacağı təqdirdə, “İcazə gov az” portalına daxil olmasını və imtina almasını təsdiq edən müvafiq elektron sənədləri də əldə edib Qida X1 Regional Bölməsinə təqdim edəcək. Bundan əlavə qaziyə toyu da o, öz hesabına edib və o toydan heç bir gəlir əldə etməyib. Bu toyu xeyriyyəçilik məqsədi ilə edib. Buna baxmayaraq Qida X1 Regional Bölməsi bu halları nəzərə almamışdır və iş üzrə heç bir araşdırma apramadan onu cərimə etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 regional bölməsinin nümayəndəsi izahatında bildirmişdir ki, X7 toy keçirilməmişdən öncə “icazə gov az” portalından müvafiq icazəni almadan, toy mərasimini keçirmiş və bununla da, Nazirlər Kabinetinin müvafiq qərarını pozmaqla inzibati xəta törətmişdir. X5isinin olmasına baxmayaraq, qanunda bu cür istisna nəzərdə tutulmadığından, çıxarılmış qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, toy zamanı digər karantin şərtləri pozulmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-23/22 nömrəli 14.01.2022-ci il tarixli qərarına əsasən, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi inzibati məsuliyyətə cəlb etdiyi halda toy sahibinin Vətən Müharibəsinin qazisi olmasını və qazinin toyunda əngəl yaratmamaq üçün icazə alınmamasına baxmayaraq toy mərasimini keçirməsini yüngülləşdirici hal kimi nəzərə ala bilərdi. Bundan başqa, barəsində inzibati xəta haqqında icraa aparılan şəxsin “icazə gov az” portalına daxil olmağa cəhd etməsi və bununla bağlı hər hansı bir xətanın olub-olmaması da aydınlaşdırılmamışdır. Hazırkı, məhkəmə baxışında Apellyasiya instansiya məhkəməsinin qərarında qeyd olunan göstərişlər, həmçinin işin digər halları tərəflərin iştirakı ilə araşdırılmışdır. Belə ki, Qida X1 Regional Bölməsinin 06 avqust 2021-ci il tarixli, MN № ******* saylı qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, X7 toy mərasiminin keçirilməsi haqqında məlumatları “icazə gov az” portalına qabaqcadan daxil etmədiyi əsası ilə inzibati qaydada cərimə olunmuşdur. X7 ərizəsin onunla əsaslandırmışdır ki, məlumatı portala daxil etmək üçün cəhd etsə də, texniki səhv ucbatından bunu etmək mümkün olmamışdır. Toy sahibi isə, Vətən Müharibəsinin qazisi olduğu üçün toyun keçirilməsindən imtina etmək vicdanına sığmamış və o, toyu öz hesabına keçirmişdir. Qida X1 Regional Bölməsi tərəfindən isə o, hazırkı iş üzrə izahat vermək üçün dəvət edilməmiş və bildirdiyi bu hallar araşdırılmamışdır. Hazırda isə “İcazə gov az” portalına daxil olmaq üçün bir neçə dəfə cəhd etməsini təsdiq edəcək sənədlər onda mövcud deyil, bu sənədləri əldə etmək üçün isə 10-15 gün vaxt lazımdır, lakin Qida X1 Regional Bölməsi tərəfindən bu iş üzrə obyektiv araşdırma aparılacağı təqdirdə, “İcazə gov az” portalına daxil olmasını və imtina almasını təsdiq edən müvafiq elektron sənədləri də əldə edib Qida X1 Regional Bölməsinə təqdim edəcək. Bundan əlavə qaziyə toyu da o, öz hesabına edib və o toydan heç bir gəlir əldə etməyib. Bu toyu xeyriyyəçilik məqsədi ilə edib. Buna baxmayaraq Qida X1 Regional Bölməsi bu halları nəzərə almamışdır və iş üzrə heç bir araşdırma apramadan onu cərimə etmişdir. Məhkəmə iş üzrə aşağıdakıları qeyd edir. Belə ki, Apellyasiya instansiya məhkəməsinin qərarında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi inzibati məsuliyyətə cəlb etdiyi halda toy sahibinin Vətən Müharibəsinin qazisi olmasının və qazinin toyunda əngəl yaratmamaq üçün icazə alınmamasına baxmayaraq toy mərasimini keçirməsinin yüngülləşdirici hal kimi nəzərə alınıb-alınmamasının və barəsində inzibati xəta haqqında icraa aparılan şəxsin “icazə gov az” portalına daxil olmağa cəhd etməsi və bununla bağlı hər hansı bir xətanın olubolmaması da aydınlaşdırılmasının zəruriliyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İş materiallarında olan protokolun surətindən (iş vərəqə 9) müəyyən olunur ki, X3 izahatı protokolda öz əksini tapmayıb. (İXM-100.1.7) Bundan əlavə, protokolun surətindən (iş vərəqə 9) müəyyən olunur ki, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar, yəni inzibati xətanın hansı faktlar və ya hallar (məsələn: akt, foto şəkillər, izahatlar və sair) əsasında öz təsdiqini tapmasına dair məlumatlar da protokolda qeyd olunmamışdır. (İXM-100.1.10) Belə ki, iş materiallarına 02 avqust 2021-ci il tarixli akt (iş vərəqə-42) əlavə olunsa da, inzibati xətaya dair tərtib olunmuş protokolda bu akta istinad olunmamışdır. Yuxarıda sadalananlardan da, göründüyü kimi, hazırkı inzibati xətaya dair icraat aparılan zaman Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsinin tələbləri tam yerinə yetirilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, X3 Qida X1 Regional Bölməsinə inzibati xəta üzrə araşdırma aparılması üçün cağırılmasına dair 03 avqust 2021-ci il tarixli bildiriş (iş vərəqə 39) mövcud olsa da, həmin bildirişin göndərilməsini və 06 avqust 2021ci il tarixədək şəxsə çatdırılmasını təsdiq edən müvafiq sənəd iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə qərar qəbul edilərkən şəxsin inzibati xəta üzrə icraatda iştirak etmək hüququ təmin olunmamışdır. Qeyd olunanlara əsasən məhkəm hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edildiyi halda “toy sahibinin Vətən Müharibəsinin qazisi olmasının və qazinin toyunda əngəl yaratmamaq üçün icazə alınmamasına baxmayaraq toy mərasimini keçirməsini yüngülləşdirici hal kimi nəzərə alınıb-alınmaması, həmçinin barəsində inzibati xəta haqqında icraa aparılan şəxsin “icazə gov az” portalına daxil olmağa cəhd etməsi və bununla bağlı hər hansı bir xətanın olub-olmamasının” da araşdırılması üçün Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 06 avqust 2021 -ci il tarixli MN № ******* saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin göndərilməlidir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 06 avqust 2021-ci il tarixli MN № ******* saylı qərarının surətlərindən (iş vərəqə 7-8,17-18,40-41) müəyyən olunur ki, qərarın 1-ci səhifəsinin qərara aldı (nəticə) hissəsində X3 adının qarşısında “vəzifəli şəxs” qeydi yazılmamış və o, fiziki şəxs kimi Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Göründüyü kimi, X7 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 06 avqust 2021-ci il tarixli MN № ******* saylı qərarı ilə (qərarın nəticə hissəsində) “vəzifəli şəxs” kimi yox “fiziki şəxs” statusunda təqsirli bilinmişdir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məlumatlar göndərilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli və Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 06 avqust 2021-ci il tarixli MN № ******* saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 06 avqust 2021 -ci il tarixli MN № ******* nömrəli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-454/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-454/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver