Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-455/2022 08.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Şikayətçi X5 iştirakı ilə, Xaçmaz rayonu DYPB-nin 05.10.2021-ci il tarixli, TP4639039 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X7 məhkəməyə müraciət edərək onun barəsində Xaçmaz rayonu DYPB-nin Polis X2 qəbul etdiyi 05.10.2021-ci il tarixli, TP4639039 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 05 oktyabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, 990B624 dövlət nömrə nişanlı avtomobillə Xaçmaz şəhəri, Xaçmaz-Quba dairəsi ərazisində hərəkətdə olarkən “Mercedes Benz” markalı, 99GV197 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. 05.10.2021-ci il tarixdə Xaçmaz-Quba dairəsini sağa dönmək üçün soldan gələn avtonəqliyyat vasitələrinə yol verməli idi. Qanuna müvafiq olaraq, dairəyə daxil olduqdan sonra hərəkətini dayandırmış və sol istiqamətdən gələn avtonəqliyyat vasitələrinə yol vermişdir. Bir qədər sonra əmin olmuşdur ki, müvafiq istiqamətdən heç bir maşın gəlmir və buna görə də, hərəkətə başlamışdır. Bu zaman gözlənilmədən “Mercedes Benz” markalı, 99GV197 dövlət nömrə nişanlı avtomobilin arxa buferinin sağ hissəsi idarə etdiyi avtomobilin qabaq buferinin sol hissəsi ilə toqquşdu. O, sol istiqamətdən gələn bütün avtonəqliyyat vasitələrinə yol verdiyini, müvafiq istiqamətdən heç bir avtonəqliyyat vasitəsinin gəlmədiyinə əmin olduqdan sonra hərəkətə başladığını digər sürücüyə bildirsə də, onun cavabı “mən Xudat yolundan gəlirdim və sən mənə yol verməli olduğun halda yol vermədin” şəklində oldu. Daha sonra isə hadisə yerinə Xaçmaz rayon DYPB-nin əməkdaşları gəldilər və hadisədə onun təqsirkar olduğunu bildirdilər. Hadisədə təqsirkar olmadığı dəfələrlə polis şöbəsinin əməkdaşlarına bildirsə və hətta polis şöbəsində olduğu zaman hadisə yerində olan müşahidə kameralarının görüntülərini tələb etsə də şöbənin əməkdaşları bu görüntülərin onun üçün əlçatmaz olduğunu bildirdilər və hadisədə təqsirkar olduğunu özündə ehtiyat edən məzmunda yazmağını tələb etdilər. Göründüyü kimi hadisə yerinə gələn polis əməkdaşı hadisəni düzgün qiymətləndirməyərək qanunsuz olaraq hadisənin baş verməsində təkcə onu günahlandırdı. Xaçmaz rayonu DYPB-nin 10.2021-ci il tarixli, TP4639039 saylı qərar tam şəkildə qanunsuz və əsassızdır və hadisədə təqsirkar olan şəxs məsuliyyətdən kənarda qaldığı halda, heç bir təqsiri olmayan şəxs inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. Məhkəmədən xahiş edir işə ədalətlə baxaraq ədaləti və pozulmuş hüquqlarını bərpa etsin. Məhkəmə iclasında izahat vermiş X7 şikayətinin təmin olunmasını xahiş etmişdir. Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq üzürlü səbəb olmadan iki dəfə məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayonu DYPB-nin 05.10.2021-ci il tarixli, TP4639039 inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə baxışı zamanı Xaçmaz rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta üzrə tərtib olunmuş protokolu və diğər sənədləri əsaslı şəkildə tədqiq etmək mümkün olmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə araşdırması zamanı inzibati xətanın baş verməsini sübut edən sənədlər və ya görüntülər məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi;i 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. Xaçmaz rayonu DYPB-nin 05.10.2021-ci il tarixli, TP4639039 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz rayonu Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov i 29 iyun 2018-ci il tarixli 1221-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2018-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1437) ilə 100.1.3-cü və 115.1.3-cü maddələrə “məlumat” sözündən sonra “, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi” sözləri əlavə edilmişdir.
Məhkəmə qərarları › İş №3(067)-455/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-455/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver