Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-46/2022 20.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Xaçmaz Rayon Məhkəməsiinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 6(105)-20/2022 saylı qərarından görünür ki, Xaçmaz rayon X3 Bölməsinin baş təhqiqatçısı X2 HK-1/1769 nömrəli material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 13 avqust 2021-ci il tarixli qərarı ləğv edilmişdir. Belə olan halda, İnzibati xəta haqqında ******* saylı xx.xx.2021-ci il tarixli protokolun tərtib edilməsinə əsas olmuş Xaçmaz rayon X3 Bölməsinin baş təhqiqatçısı X2 HK-1/1769 nömrəli material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 13 avqust 2021-ci il tarixli qərarı ləğv edildiyindən, sözügedən protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 327.8-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-46/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-46/2022
20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver