Məhkəmə qərarları › İş №3(067)-460/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-460/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-460/2021 07.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1970-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz raronu Müqtədir qəsəbəsi N.Nərimanov küməsi 24 saylı evdə yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t di : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi üzrə toplanmış sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 22 aprel 2021-ci il tarixdə saat 14-00 radələrində Xaçmaz rayonu Xuray kəndi ərazisində Şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərmişdir ki, o, 22 aprel 2021-ci il tarixdə saat 14-00 radələrində Xaçmaz rayonu Xuray kəndi ərazisində Zərərçəkmiş şəxs2 xəsarət yetirmişdir. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 22 aprel 2021-ci il tarixdə saat 14-00 radələrində Xaçmaz rayonu Xuray kəndi ərazisində Şəxs ona xəsarət yetirmişdir. İş materiallarında olan №T 150/2021 nömrəli 27 iyul 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 burun belində əzilmiş-cırılmış yara, burun sümüyünün yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmiş, kəllə ilə vurulan zərbə nəticəsində yaranması mümkündür. Yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 22.04.2021-ci ilə yqğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: xx.xx.1970-ci ildə Xaçmaz şəhərində anadan olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə başlanmış icraata həmin Məcəllənin 53.1.1 ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar