Məhkəmə qərarları › İş №3(067)-463/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-463/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-463/2025 07.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin KTŞ-nin sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 11 avqust 1992-ci ildə Xaçmaz rayonu, Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə, saat 01:21-də Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, 06 mart 2025-ci il tarixdə Əzizova İlahə DİN-nin 102 xidmətinə zəng edərək İbrahim adlı şəxs tərəfindən döyülməsi məlumatını vermişdir. İlahə Əzizovanın izahatından göründüyü kimi Şəxs işlətdiyi kafedə gününə 30 manat əmək haqqı qarşılığında ofisiant kimi işləmişdir. Şəxs sərxoş vəziyyətdə İlahə Əzizovaya dəfələrlə intim münasibətdə olmalarını təklif etməsinə baxmayaraq sonuncu valideynlərinin olmadığı üçün məcburiyyət qarşısında qalıb kafedə işlədiyini bildirərək Şəxs təklifini rədd etmişdir. Sonuncu dəfə bu barədə onların arasında mübahisə düşmüş və sərxoş vəziyyətdə olan Şəxs İlahə Əzizovanın qolundan tutaraq bir neçə dəfə divara çırpmışdır. Bundan sonra X5 Yusifovun əlindən çıxıb qaçaraq kafenin qarşısında DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Həmin zəmində onların arasında mübahisə baş vermişdir. Baş vermiş mübahisə ilə əlaqədar olaraq toplanmış material əsasında Şəxs Xaçmaz RPŞ-yə aparılmışdır. Şəxs tualetə getmək bəhanəsi ilə orada öz qoluna xəsarət yetirmiş, polisin iş rejimini pozaraq sərxoş vəziyyətdə öz qanunsuz əməllərini davam etmişdir. Yoxlanılma zamanı onda orta dərəcədə sərxoşluq müəyyən edilmişdir. Şəxs etdiyi əməli özünün qanunsuz olaraq PŞya aparılması kimi əsaslandırmışdır. Şəxs qanunsuz hərəkətləri barədə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirmişdir ki, faktla bağlı araşdırılma aparılır və İlahə Əzizovanın bədən üzlərində xəsarətin olub-olmaması ilə əlaqədar olaraq məhkəmə-tibbi ekspertizası təyin edilmiş və əlavə şahid bazası dindirildikdən sonra fakta qiymət veriləcəkdir. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanuni tədbirin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, həmin vaxt əsəbi olduğu üçün özünə xəsarət yetirməyə çalışmış və bununla da, etdiyi əməli etiraf etdiyini bildirmişdir. Belə ki, İlahə Əzizova bir neçə dəfə onun yanında işləmişdir. Sərxoş vəziyyətdə olan İlahə Əzizova işini düzgün yerinə yetirmədiyi üçün aralarında mübahisə baş vermiş, lakin onun tərəfindən intim münasibətdə olmaq barədə təklif olunmamışdır. İlahə Əzizovanın da orada olmasını nəzərə alaraq PŞ-nin əməkdaşları ilə getmək istəməmişdir. Həmçinin sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşlarını söyüb-söymadiyini xatırlamır. O, ailəlidir, himayəsində azyaşlı övladları var və etdiyi əməldən peşmandır. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq əlilliyinin olmadığını bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan izahatlardan, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, o, polis əməkdaşına tabesizlik göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə X3 döyülməsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng etdiyi şikayəti əsasında əməliyyat qrupunun üzvləri əməliyyat müvəkkili Sabit Tahirov, təhqiqatçı Kamran Hüseynov, sahə rəisi Rəşad Yunisov və sürücü, polis nəfəri X7 şəhəri, H.Z.Tağıyev küçəsində kafeyə gedərkən vətəndaşın şikayətçi olduğu İbrahim adlı şəxə özlərini təqdim etmişlər. Onu Xaçmaz RPŞ-yə etmələrinə baxmayaraq İbrahim adlı şəxs RPŞyə getmək istəməyərək nalayiq ifadələrə yol vermişdir. İbrahim nizam-intizama dəvət edilməsinə baxmayaraq nalayiq ifadələr işlətməkdə davam edərək polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərmişdir. Bundan sonra Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayan 1992ci il təvəllüdlü Yusifov X1 RPŞ-yə aparılaraq NH-ya təhvil verilmişdir. - “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs Şahməmməd oğlu 06 mart 2025-ci il tarixdə, saat 02:00-da Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:21-də Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, eyni zamanda ailə vəziyyətini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 11 avqust 1992-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 31.4-1-cü maddəsi nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmadan azad edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar