Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-464/2023 31.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Xaçmaz rayonunun Qobu-qıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qobu-qıraq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, Xaçmaz rayon məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 3(067)-44/2019 saylı və 11 yanvar 2023-cü il tarixli 3(067)-85/2023 saylı icra sənədləri üzrə cəmi 400 manat məbləğində cərimələri dövlət nəfinə ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs barəsində Xaçmaz rayon məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 3(067)-44/2019 saylı qərarı ilə 200 manat məbləğində cərimə növündə inzibati tənbeh və Xaçmaz rayon məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 3(067)-85/2023 saylı qərarı ilə 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və “Tələbin könüllü icrası haqqında” Bildirişlər borcluya təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla qeyd olunan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu icra sənədlərinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə qərarları əsasında ona təyin edilmiş cəmi 400 manat məbləğində cərimə inzibati tənbeh növünü hazıradək icra etməyərək həmin məbləği ödəməmişdir. Borclu icra və probasiya şöbəsində verdiyi izahatında həmin cərimələri ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, məhkəmənin inzibati tənbehverməyə dair qərarları ilə barəsində tətbiq edilmiş ümumilikdə 400 manat cəriməni hazıradək ödəməmişdir və ödəyə bilmir. Barəsində seçiləcək inzibati tənbehin növünü məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 3(067)-44/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 3(067)-85/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərarlar, tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmişdir. İş materiallarında olan qərardan görünür ki, Xaçmaz rayon icra və probasiya şöbəsinin icra məmurunun 31 mart 2023-cü il tarixli qərarı ilə 14 yanvar 2019-cu il tarixli, 3(067)-44/2019 saylı və 11 yanvar 2023-cü il tarixli 3(067)-85/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında toplanmış materiallarla sübuta yetir. Məhkəmə, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunması məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1982-ci ildə Xaçmaz rayonunun Qobu-qıraq kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-464/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-464/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver