Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-466/2022 29.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə1, Xaçmaz rayon prokurorunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə , 24 avqust 1994-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, Xaçmaz rayonunda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 28.12.2021-ci il tarixdə saat 17:10 radələrində X3 regional şöbəsinin “İstisu” SNB-nin xidməti ərazisində, Xəzər dənizinə daxil olmaqla “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasnın Qırmızı Kitabına daxil edilmiş balıq və digər bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi barədə normaların tələblərinə zidd olaraq, çəkisi 945 qram 01 ədəd “Nərə” cinsli balıq ovlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixi 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozmuş, bununlada Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən iş üzrə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Nümayəndə1 izahat verərək göstərdi ki, 28.12.2021-ci il tarixdə saat 17:10 radələrində X3 regional şöbəsinin “İstisu” SNB-nin xidməti ərazisində, Xəzər dənizinə daxil olmaqla “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasnın Qırmızı Kitabına daxil edilmiş balıq və digər bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi barədə normaların tələblərinə zidd olaraq, çəkisi 945 qram 01 ədəd “Nərə” cinsli balıq ovlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixi 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozmuş, bununlada Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xaçmaz rayon prokurorunun nümayəndəsi Nümayəndə2 İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs, 28.12.2021-ci il tarixdə saat 17:10-da X3 regional şöbəsinin “İstisu” SNB-nin xidməti ərazisindən olan hissəsinə balıq tutmaq üçün qayıqla getmiş, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub çəkisi ümumilikdə 945 qram olan 1 ədəd “Nərə” cinsli balığı “İS-3302” bort nömrəli üzmə vasitəsində Xaçmaz rayonundan Xəzər dənizinə daxil olaraq ovlamışdır. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli aktın surətindən görünür ki, Şəxs məxsus “İS-3302” bort №-li qayığın heyəti Şəxs ilə birlikdə Xəzər dənizində tora ilişən ovlanması qadağan olunmuş “Nərə” cinsli 1 (bir) ədəd çəkisi 945 qram olan balıq İstisu SNB-nin soyuducusuna gütürülərək yerləşdirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 1 ədəd balığı Şəxs 28 dekabr 2021-ci il tarixdə “İS-3302” bort nömrəli üzmə vasitəsində Xaçmaz rayonundan Xəzər dənizinə daxil olaraq ovlamışdır. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın 4.5-ci bəndinə görə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının hər bir ovu faktı üzrə balıqovlama biletinin rekvizitləri, ovlanmış balıq və digər su bioresurslarının həcmi (miqdarı), ovun vaxtı, yeri, alətləri, ov həyata keçirən hüquqi (adı, yeri) və ya fiziki (soyadı, adı, atasının adı) şəxs göstərilməklə yerində bu Qaydalara 9 nömrəli əlavə ilə müəyyən olunmuş formada akt tərtib edilir. Akt ova cavabdeh olan şəxs, balıq və digər su bioresurslarının ovunu həyata keçirən şəxslər tərəfindən imza ilə, habelə balıqovlama biletini almış təşkilatın rəhbəri tərəfindən möhür və imza ilə təsdiq edilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən, Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1200 (bir min iki yüz) manat miqdarında inzibati qaydada cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-466/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-466/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver