Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-466/2023 31.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş inzibаti xətaya dair mаteriаlın baxılmağa hazırlanmasınа məhkəmə iclаsındаn kənаr prоsessuаl qаydаdа bаxаrаq məhkəmə, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа - İXM) 157-ci maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair material daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xətaya dair material Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıda qeyd olunan normaların tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10-cu maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikasının İXM-nin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İş materiallarında olan 01 mart 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, X1 Xaçmaz RPŞ-yə ünvanladığı ərizədə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Hazırkı inzibati xətaya dair materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına hüquqları və vəzifələrinin izah edilməsinə dair bildiriş iş materiallarında öz əksini tapmamış, hüquq və vəzifələrin izah edilməsi barədə protokolda müvafiq qeyd aparılmamış, həmçinin materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi təklif (təyin) edilməsi barədə hər hansı sənəd mövcud deyildir. Bundan başqa, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətinin tərəflərə verilməsi barədə materialda hər hansı sənəd mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xətaya dair material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş inzibаti xətaya dair protokol (MN № 1363179) və ona əlavə edilmiş sənədlər Xaçmaz Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-466/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-466/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver