Məhkəmə qərarları › İş №3(067)-467/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-467/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-467/2023 10.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, X1 Quba rayon X4 Polis Bölməsinin 23 mart 2023-cü il tarixli, TP seriyalı ******* saylı elektron qərarından verdiyi şikayətinə baxaraq, m ü ə y y ə n e t d i: X2 şikayətlə məhkəməyə müraciət edərək, Quba rayon X4 Polis Bölməsinin 23 mart 2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş Xaçmaz rayon məhkəməsinə aid deyil. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan isə görünür ki, şikayətçi X1 qeydiyyat və yaşayış yeri Xətai rayonu, X.Məmmədov küçəsi ev 4 B, mənzil 72-dir. Həmçinin iş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərardan görünür ki, inzibati xəta hadisəsi Quba rayonu, Qəçrəş yolunda baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 Noyabr 2020-ci il tarixli Qərara əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərardan şikayət etmək üçün qərardan şikayət verən şəxsə seçim səlahiyyəti verilmişdir. Belə olan halda, X1 öz seçiminə uyğun olaraq ya Quba rayon məhkəməsinə, yaxud da Bakı şəhəri Xətai rayon məhkəməsinə şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Quba rayon X4 Polis Bölməsinin 23 mart 2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarından şikayəti və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon məhkəməsinə aid olmadığından geri qaytarılsın. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar