Məhkəmə qərarları › İş №3(067)-468/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-468/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-468/2024 03.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2769/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 9009 manat pulu qərəzli olaraq tələbkar X1 xeyrinə ödəməyərək icra məmurunun qanuni tələbini pozmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına 02 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Həmin icra sənədi üzrə Şəxs 8900 manat məbləğində pul və ödənilmiş 109 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. Qeyd olunan icra sənədi ilə əlaqədar borcluya qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin həmin puldan heç bir ödəniş etməmişdir. Borclu 12 fevral 2024-cü il tarixdə İcra şöbəsində olmuş və izahatı alınaraq borcun ödənilməsi təklif olunmuşdur. Daha sonra borclu Xaçmaz İcra şöbəsinə 06 fevral 2024-cü il tarixdə borcun hissə-hissə ödənilməsi barədə ərizə ilə müraciət etmiş, lakin Xaçmaz rayon məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 8(067)-62/2024 saylı qərardadına əsasən ərizə təmin olunmamışdır. Həmçinin 03 aprel 2024-cü il tarixdə İcra şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Qeyd olunan borcdan ödəniş etmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə gətirilmişdir. Həmin icra sənədi üzrə borclu heç bir ödəniş etməmişdir. Əlavə olaraq məhkəmə iclasında protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, zərərçəkmiş şəxsə iş məhkəmədə olmamışdan əvvəl borcun hər ay hissə-hissə ödənilməsini təklif etmiş, lakin zərərçəkmiş razılaşmayaraq borcu tam olaraq tələb etmişdir. O, başqa bir şəxs tərəfindən özünə olan 9000 manat pulun ay sonuna qədər, qalan hissəsinin isə növbəti ayın 10-na qədər ödəniləcəyini bildirmişdir. O həmin şəxsin ona verilməli olan 9000 manat pulun əvəzində notariat qaydasında təsdiqlənmiş müqavilə əsasında zərərçəkmiş şəxsin borcunun ona yönəldilməsinə razılaşaraq, həmin şəxsin polis əməkdaşı olduğu üçün ondan alınmasının rahat olacağını bildirmişdir. Lakin, zərərçəkmiş şəxs razılaşmaya baxmayaraq, yenidən barəsində İcra şöbəsinə müraciət edərək inzibati tənbeh görülməsini xahiş etmişdir. O, övladının ağır ankoloji xəstə olması, dərmanlarının bahalı olması və maddi imkanının olmaması səbəbi ilə hər ay 500 manat olmaqla borcun hissə-hissə ödənilməsi barədə məhkəməyə müraciət etmiş, lakin Xaçmaz rayon məhkəməsi onun ərizəsini təmin etməmişdir. O qeyd olunan maddə ilə özünü təqsirli bilərək, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 03 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 8900 manat məbləğində pul və ödənilmiş 109 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. -xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. -Borclunun izahatlarından və ona göndərilmiş xəbərdarlıq məktublarından müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun yaranmış borcunu ödəməsi üçün lazımi tədbirlər görülmüşdür. -Xaçmaz rayon məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 8(067)-62/2024 saylı qərardadından görünür ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(067)-2769/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar