Məhkəmə qərarları › İş №3(067)-47/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-47/2021

19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-47/2021 19.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sədrəddin Hüseynovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Müşkür kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əy yə n et di: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə saat 16-17 radələrində Xaçmaz rayonunun Müşkür kəndində küçədə polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xətya dair protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2021-ci il tarixdə saat 16-17 radələrində Xaçmaz rayonunun Müşkür kəndində küçədə polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Həmçinin o, 3 qrup əlil olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuş və xx xxxxxx 2021-ci il tarixdə saat 16:40-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1984-cü ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs xx xxxxxx 2021-ci il tarixdən saat 18:00-dan xx xxxxxx 2021-ci il tarixə saat 16:40-dək inzibati qaydada tutulması nəzərə alınmaqla onun üzərində 100 (yüz ) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar