Məhkəmə qərarları › İş №3(067)-471/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-471/2020

22.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-471/2020 22.05.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1982-ci ildə Xaçmaz rayonunun, Manafoba kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Xaçmaz şəhəri, H.Əliyev küçəsi, dalan 1, ev 3-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 334.3 və 334.2-ci maddələri ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bundan sonra, İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. O, xx xxx 2020-ciiltarixdəsaat 15:12 radələrində «X1» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomaşını sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərək,«VAZ-21124» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Məhkəmədə izahat verən Şəxs ifadə verərək göstərmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə xx xxx 2020-ci il tarixdə saat 15:12 radələrində A.Ələskər küçəsi ilə hərəkətdə olarkən, M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində sağdan hərəkətdə olan Adıgözəlov Ayəddin İbrahim oğlunun idarə etdiyi «VAZ-21124» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toquşmuş, zərbədən həmin avtomaşın yolun kənarında olan dirəyə dəymişdir. İş materiallarında olan alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən xx xxx 2020-ciil tarixli protokolundan müəyyən olunur ki, Şəxs inzibati xətanı yüngül dərəcədə sərxoş vəziyyətdə törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3 və 334.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən xx xxx 2020-ci il tarixli protokol və tərtib olunmuş inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, İXP ******* saylı protokolu ilə tamamilə sübut olunur. Məhkəmə Şəxs cəzasını yüngülləşdirin və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eyni zamanda törədilmiş inzibati xətanın xarakterini əsas götürərək, onun barəsində inzibati cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsi ilə təqsirli bilinib ona 20 (iyirmi) gün həbs inzibati tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx xxx 2020-ci il saat 11:50-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar