Məhkəmə qərarları › İş №3(067)-471/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-471/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-471/2021 22.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, Şikayət verən şəxs X8, X1 iştirakı ilə, X8 Xaçmaz YPX-nin TP ******* nömrəli 30 mart 2021-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X11 məhkəməyə müraciət edərək bildirmişdir ki, Xaçmaz RPŞ-nin YPX-nin inspektoru tərəfindən barəsində tərtib olunmuş Aərbaycan Respublikası İXM-329.1-ci və 333.1-ci maddələri ilə inzibati protokolu və 400 manat məbləğində cərimə edilməsinə dair TP ******* nömrəli qərarın ləğv edilməsi ilə bağlı inspektorun iş fəaliyyətinin yoxlanması ilə bağlı qərar qəbul dilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 30.03,2021-ci il tarixdə saat 08:25 radələrində Xaçmaz RPŞ-nin YPX-nin inspektoru X11 tərəfindən onun barəsində Azərbaycan Respublikasının 329.1-ci və 333.1-ci maddələri ilə protokol tərtib edərək TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. 30.03.2021-ci il tarixdə saat 08:25 radələrində Xaçmaz rayonu, Xudat Şəhərinin mərkəzi bazarının yaxınlığında özünə məxsus Opel Astra minik markalı **-CM- *** dövlət nömrə nişanlı avtomaşını idarə edən zaman Xaçmaz rayon X15 Patrul Xidmətinə məxsus KİA minik markalı 90-YP-lll dövlət nömrə nişanlı avtomobil ona saxla əmri vermiş və xidməti avtomobilindən düşmədiyini görüb öz avtomobilindən düşüb onun xidməti avtomobilinə yaxınlaşmışdır. YPX-nin inspektoru adını, soyadını və atasının adını və vəzifəsini tam olaraq təqdim etmədən, vəsiqəsini göstərmədən onun sənədlərini tələb etmişdir. O, hansı səbəbnən onu yanlarına çağırdıqlarını YPX-nin ispektorundan öyrəndikdə ona bildirdi ki, onda sərxoşluq əlamətləri olduğuna oxşayır. O, YPX-nin əməkdaşına bildirmişdir ki, o, sərxoş ola bilməz, o, içki ara bir içir. Lakin o, ona hüquq və vəzifələrini izah edə bilmədiyi üçün və törətdiyi xəta ilə bağlı heç bir sübut təqdim etmədiyi üçün ona protokol tərtib edə bilməyəcəyini bildirmişdir. Lakin YPX-nin inpektoru ona bildirmişdir ki, özün sür gəl maşını mənim arxamca. Xaçmaz rayon Polis Şöbəsinə məxsus olan duracağa gətirib saxladı və ona bildirdi ki, sən sərxoşsan səni cərimə gözləyir. YPXnin ispektoruna bildirmişdir ki, o, içkilidirsə həkim müayinəsindən keçək və sonra nə tədbiriniz varsa görün. Xaçmaz rayon Xəstəxanasında həkim müayinəsindən keçdikdə həmin həkim bildirdi ki sürüçü işkilidi. O, Xaçmaz rayon Xəstəxanasının həkimin müayinəsinə inanmamış və Quba rayon mərkəsi xəstəxanasında təkrar həkim müayinəsindən keçmiş və həmin müayinə sənədində açıq aydın göstərilir ki, o, içkili deyil bu barədə rəsmi sənədi var. Bir gün sonra onun mobil telefonuna axşam saatlarında SMS gəldi ki, ona 5 bal və 400 manat məbləğində cərimə olumuşdur. Lakin protokolun surəti ona YPX-nin ispektoru tərəfindən verilmədi və Protokol olmadığına görə inzibati xətanı törətdiyi ilə əlaqədar xüsusi vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisə dövlət yoxlamasından keçdiyi vaxt (bunu təstiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar əlavə edilməmişdir. Ona görə də qeyd olunan qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət verən şəxs izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş 30.03.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində izahat verən həkim-narkolq X4 izahatında göstərmişdir ki, 4 saat sonra şəxsin sərxoşluğu yoxlanılarkən sərxoşluq müəyyən edilməyə bilər. Bu müayinə olunan şəxsin fiziki vəziyyətindən asılıdır. Ümumiyyətlə ehtimal olunur ki, 4 saata səxroşluq vəziyyəti tam keçə bilər. Məhkəmə iclasında şahid qismində ifadə verən Rəcəbov Azad Süleyman oğlu izahatında göstərmişdir ki, şikayət verən şəxs 28.03.2021-ci il tarixdə saat 08:25 radələrində Xaçmaz rayonu, Xudat Şəhərinin mərkəzi bazarının yaxınlığında özünə məxsus Opel Astra minik markalı **-CM-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən zaman sərxoş olmuşdur. Ona görə də onun barəsində Azərbaycan Respublikasının 329.1ci və 333.1-ci maddələri ilə protokol tərtib edərək 30.03.2021-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbəh verilməsi haqqında 30.03.2021-ci il tarixli TP ******* saylı qərarından müəyyən olunur ki, X11 Aərbaycan Respublikası İXM- 329.1-ci və 333.1-ci maddələri ilə inzibati protokolu və 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz YPX-nin TP ******* nömrəli 30 mart 2021-ci il tarixli qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar