Məhkəmə qərarları › İş №3(067)-471/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-471/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-471/2022 28.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon X8 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 14 dekabr 2021-ci il tarixdə X4 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, M.Hüseynzadə küçəsində yerləşən evinin həyətində olan stolun üzərindən iki ədəd 90 manat dəyərində samovarı, 31 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhərinə şəxsi işi ilə əlaqədar gəlmiş X3 şəhərin M.F.Axundov küçəsində müvazinətini itirib yerə yıxıldığından istifadə edərək vətəndaşın cibdindən 30 manat pulunu talamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, ailəsi birlikdə Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşayır. 14 dekabr 2021-ci il tarixdə X4 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, M.Hüseynzadə küçəsində yerləşən evinin həyətində olan stolun üzərindən iki ədəd 90 manat dəyərində samovarı, 31 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhərinə şəxsi işi ilə əlaqədar gəlmiş X3 şəhərin M.F.Axundov küçəsində müvazinətin itirib yerə yıxıldığından istifadə edərək vətəndaşın cibindən 30 manat pulunu oğurlamışdır. Törətmiş olduğu əməlinə görə səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyəcəyini bildirməklə barəsində həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon X7 bölməsinin təhqiqatçısı, polis kapitanı X1 31 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan iş üzrə zərərçəkmiş şəxs X2 26 fevral 2022-ci il tarixli, ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. İş materiallarında olan iş üzrə zərərçəkmiş şəxs X5 26 fevral 2022-ci il tarixli, ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirirək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbehlərdən ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar