Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-473/2022 01.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tələbkar Zərərçəkmiş şəxs Vəlixan qızının iştirakları ilə, 05 avqust 1967-ci ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Həsənqala kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 01 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(105)-1673 saylı icra vərəqəsinə əsasən ondan 30 may 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlaılması üçün hər 175 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Vəlixan qızına verilməsi qət olunmuşdur. Şəxs göstərilə alimenti vaxtlı vaxtında tam şəkildə ödəsə də axırıncı aylarda əvvəlki aylara nisbətən ödənişini tam şəkildə ödəyə bimədəyindən onun alimentə görə hazırki borcu 1575 manat təşkil etmişdir. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X4 göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(105)-1673 saylı icra vərəqəsinə əsasən ondan 30 may 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Vəlixan qızına verilməsi qət olunmuşdur. Bu icra işi Şəxs barəsində olan ikinci icra işidir. Belə ki, hal-hazırda Xaçmaz rayon İcra və X5 Kamil barəsində birinci icra işi də mövcuddur və həmin icra işinə əsasən Şəxs rəsmi əmək haqqından hər ay 70 faiz məbləğ tələbkar Zərərçəkmiş şəxs Vəlixan qızının xeyrinə birgə uşaqlarına görə aliment ödənilir. Zərərçəkmiş şəxs Vəlixan qızı daha sonra, aliment məbləğinin artırılması ilə məhkəməyə müraciət etdiyindən və həmin tələb təmin edildiyindən, ikinci icra sənədi verilmişdir. Tələbkar pulu birdəfəyə ödənilməsini tələb etdiyindən, Şəxs barəsində protokol tərtib edib, məhkəməyə gətirmək məcburiyyətində qalmışdır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, hal-hazırda birinci icra işinə görə hər ay rəsmi maaşından 70 faiz məbləğ tələbkar Zərərçəkmiş şəxs Vəlixan qızının xeyrinə tutulur. O, aliment ödəməkdən yayınmır, icra məmurunun cağırışlarından yayınmamış və müntəzəm olaraq ödənişlərini edir. Məhkəmə iclasında ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs Vəlixan qızı göstərdi ki, birinci icra işinə görə Şəxs maaşından onun xeyrinə hər ay 70 faiz pul ödənilsə də, bu onu qane etmir və borcun tam ödənilməsini tələb edir. Göründüyü kimi Şəxs aliment ödənişlərindən yayınmır və hər ay onun maaşından 70 faiz məbləğ tələbkarın hesabına ödənilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınmadığından, barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53 və 105-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: xx.xx.1967-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-473/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-473/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver